Daha bir marşrut avtobusunda gediş haqqı artırılıb - Tarif Şurası





Xırdalan -Bakı istiqaməti üzrə hərəkət edən 199 saylı sərnişin avtobuslarında gediş haqqı bahalaşıb.

Bu barədə "Sherg.az”a sözügedən marşrut avtobusunun daimi sərnişini olan əməkdaşımız məlumat verib. 

O qeyd edib ki, bahalaşma ilə bağlı avtobuslara elan yerləşdirilib. Elanda deyilir: Azərbaycan Respublikası Tarif Şurasının 5 sentyabr 2014-cü il tarixli 8 saylı qərarına əsasən qəsəbələrarası fəaliyyət göstərən 199 saylı sərnişindaşıma avtobusunun qiyməti (məsafədən asılı olaraq) 5 qəpik bahalaşaraq, 25 qəpik təşkil edib”.

Sürücülər isə bahalaşmanın səbəbini əvvəlki qiymətin sərf etməməsi ilə izah edir.

Ayyət Əhməd