Daha bir rayonda “patı” əməliyyatı: Saxlanılanlar var
09:45 16.07.2021
Arxiv
427
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı psixotrop maddələrin satışında şübhəli bilinən rayonun Qullar kənd sakini Vasif Məmmədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan satmaq məqsədi ilə əldə etdiyi külli miqdarda “patı” kimi tanınan psixotrop maddə - metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini İsrafil Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.
Qeyd edilən faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar aparılır, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial