Danışma və eşitmə məhdudiyyətli şəxslərin ali təhsil alması mümkündürmü ?
12:25 31.01.2018
Arxiv
890
Qulu Məhərrəmli:"Həmin şəxslərin birləşdiyi qurumlar təkliflər versələr, əminəm ki, istənilən universitet məmnuniyyətlə qapılarını bu insanların üzünə açar"
"Nitq və eşitmə məhdudiyyəti olan şəxslərlə ünsiyyət məsələsi ciddi sosial problemdir”.
Bu barədə "Sherg.az”a nitq və eşitmə məhdudiyyətli şəxslər üçün televiziyalarda surdo-tərcümələrin olmamasından danışarkən BDU-nun professoru, tanınmış teleaparıcı Qulu Məhərrəmli bildirib.
O xatırladıb ki, əvvəllər bəzi kanallarda konkret xəbərlər proqramında işarət dili ilə tərcümədən istifadə olunurdu:
"Çünki bu hökumətin qərarı idi ki, bu cür məhdudiyyəti olan insanlar nəzərə alınsın. Həmin şəxslər cəmiyyətin üzvləridir. Onlar üçün elə imkanlar yaradılmalıdır ki, digərləri ilə rahat ünsiyyət qura bilsinlər. İctimai yerlərdə, böyük xidmət sahələrində çalışanların bu şəxslərlə asan ünsiyyət yanaşması olmalıdır. Bu problemlərlə bağlı onların birləşdiyi təşkilatlar məsələ qaldırmalıdır.
Televiziyalarda da bu şəxslərlə bağlı addım atılmalıdır. Xüsusilə, informasiya proqramlarında, eşitmə və nitq məhdudiyyəti olan şəxslər üçün surdo- tərcümələr verilməlidir. Hansısa əhəmiyyətli, cəmiyyətdə baş verənlərdən ibarət veriliş varsa, onların da işarət dili ilə izahı verilsin”.
Bu cür məhdudiyyətli şəxslərin ali təhsil almasına gəlincə Q.Məhərrəmli vurğulayıb ki, müvafiq təşkilatlar müraciət edərsə, məsələ gündəmə gətirilə bilər:
"Həmin şəxslərin birləşdiyi qurumlar təkliflər versələr, əminəm ki, istənilən universitet məmnuniyyətlə qapılarını bu insanların üzünə açar. Amma qrup təşkil edilməlidir, ən azı 10 nəfər olmalıdır ki, müvafiq sistem qurulsun. Məlumatıma görə, eşitmə və nitq məhdudiyyəti olan insanların birləşdiyi təşkilatlar özləri də maliyyə və təşkilatlanma baxımından Sovet dövründəki kimi deyil. Ona görə, bu sahədə aktivlik yoxdur”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya