Dəməşq Türkiyədən qoşunlarını İdlibdən çıxarmağı tələb edib




Dəməşq Türkiyədən qoşunlarını İdlib əyalətindən dərhal çıxarmağı tələb edib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi görə, bu barədə SANA agentliyinə ölkə XİN-dən bildirilib. 

"Suriya Ərəb Respublikası Türkiyə qoşunlarının İdlib əyalətinə girməsini ən sərt şəkildə pisləyir. Bu ölkə suverenliyinə və Suriya torpaqlarının bütövlüyünə açıq-aydın qəsddir, beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır”, - deyə XİN-dən bildirilib.

"Türkiyə qoşunlarının İdlibə girməsinin Astana prosesində zamin ölkələr arasında əldə olunan razılaşma ilə heç bir əlaqəsi yoxdur. Suriya Ərəb Respublikası Türkiyədən qoşunlarını İdlib əyalətindən dərhal və qeyd-şərtsiz çıxarmağı tələb edir”, deyə XİN nümayəndəsi qeyd edib.