Deputatdan acı etiraf: "Azərbaycan bu sahədə sonuncu yerləri tutur"





"Uşaq bağçalarına, körpələr evinə aparılan paltarın, ərzaq məhsullarının oğurlanması kimi hallar millətimizə utanc gətirir”.

Bu sözləri "Sherg.az”a millət vəkili Tahir Kərimli deyib. Deputat vurğulayıb ki, bu cür mənfi hallar barədə məlumatlar çoxdur:

"Bu hal qanunla soyğunçuluq, oğurluq sayılır. Uşaqlar üçün ayrılmış məhsulların və əşyaların oğurlandığı təsdiqlənərsə, cinayət işi də açıla bilər. Əlavə olaraq, inzibati tədbirlərin görülməsi də mümkündür.

Azərbaycan məktəbəqədər təhsil müəssisəsinin səviyyəsinə görə, dünyada sonuncu yerləri tutur. Kifayət qədər çox bağça, körpələr evi açılmayıb. Problem qaydasına qoyulana qədər bu hal dövlət üçün siqnal olmalıdır. Heç bir halda sözügedən videoda törədilmiş əməl cəzasız qalmamalıdır”.

Qeyd edək ki, mətbuatda 1 saylı körpələr evində valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimlərin avtomobilə daşınaraq başqa yerə aparılmasının görüntüləri yayılıb. Sözügedən videonu müğənni Rəqsanə İsmayılovanın qızı Aysun öz "İnstagram" hesabında paylaşıb.

Aysel Aslan