Deputatdan ETİRAZ:"Dərsliyi parta arxasından yenicə duranlar yazmamalıdır"
11:56 25.10.2017
Arxiv
730
"Orta məktəb dərsliklərində aşkarlanan səhvlərlə bağlı kitabların müəllifləri mütləq fikir bildirməlidir”.
Bunu "Sherg.az”a ölkədə dərsliklərlə bağlı yaranan problemlərə münasibət bildirərkən tarixçi millət vəkili Fəzail İbrahimli deyib. Deputat bildirib ki, monoqrafiya, elmi məqalə, elmi əsər yazmaqla dərslik yazmaq arasında ciddi fərq var:
"Dərslik yazmaq böyük məsuliyyətdir. Tarixi əsər yazmağın tələbləri ilə dərslik yazmağın tələbləri arasında ciddi fərqlər mövcuddur. Elmi tədqiqatda hər hansı mövzunu götürüb, tədqiq edirsən. Bu tədqiqatın əsas cəhəti odur ki, ya arxiv materiallarını əsərə yükləyib, oxu marağını itirir, ya da mənbəsiz fikirlər söylənilir. Təhlillər, məntiqə söykənmək, dəqiq mənbələrin göstərilməsi isə monoqrafiyada nəzərə alınır. Burada yaş senzi nəzərə alınmır. Amma dərsliklərdə hər bir sinif üçün fərq qoyulur. Məsələn, 5-ci siniflə 10-cu sinif şagirdləri üçün yazılan dərslik arasında tək mövzu deyil, həm də yaş fərqləri var.
Dərslik yazmaq üçün tələblərin birincisi, problemin dərindən sona qədər öyrənilməsidir. İkincisi, dərslik şagirdlərin yaş tələbini, psixoloji xüsusiyyətlərini ödəməlidir. Üçüncüsü, isə müəllifin ana xəttinin dövlətçiliyə xidmət, milli düşüncələrlə yoğurulmuş fikir və mülahizələr olmalıdır. Son tələb isə tərbiyəvi əhəmiyyətli mövzulara toxunmaqdır. Hər bir mövzunun özündə böyük vətənpərvərlik ruhu olmalıdır.
Bütün bu tələbləri təmin etmək üçün parta arxasından yenicə duranlar dərslik yazmamalıdır. Tanışlıq, yerliçilik müstəvisindən kənarda bu işlər aparılmalıdır. Təəssüf ki, bəzən bu arqumentlər əsas götürülür. "Filankəsi tanıyıram, dərslik yazsın”, "o müəllifə hörmət edin, dərslik tərtib etsin” kimi fikirlər tamamilə aradan qaldırılmalıdır. Bu kriteriyalar pozulduqda dərsliklərdə səhvlər böyüyür”.
Millət vəkili əlavə edib ki, Təhsil Nazirliyinin nəzdində xüsusi komissiya yaradılmalıdır:
"Həmin komissiya o qədər ciddi adamlardan təşkil olunmalıdır ki, öz qardaşına belə güzəşt etməsinlər. Dərslik böyük bir nəslin tərbiyəsinə xidmət etməlidir. Azərbaycan müharibə şəraitində olduğu dövrdə ana xətt vətənpərvərlik olmalıdır. Qəhrəmanlıq tariximiz yazılmalıdır, Şah İsmayıl Xətainin hakimiyyətinin nöqsanları haqqında yox. Bütün bunlar nəzərə alınarsa, düzgün dərsliklər tərtib oluna bilər”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan fotodan aydın olduğu kimi, dərslikdə "Şirvanşahlar sarayı” adlı mətn verilib. Mətnə görə, Şirvanşahlar Şahı oğlu ilə dialoqda vurğulayır ki, metronun "İçərişəhər” stansiyası Şirvanşahlar sarayının yanındadır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya