Dərmanla intihar edənlərin 65 faizi qadınlardır
07:56 07.02.2018
Arxiv
2756
Xanımlar ağrıdan qorxduqları üçün asan üsula əl atırlar
"Vaxtilə televiziyada Səddam Hüseynin qətlini göstərəndə Şərq ölkələrində, o cümlədən Azərbaycanda özünü asaraq intihar edənlər çoxalmışdı”
Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, dosent İsmayıl Əfəndiyev bildirib ki, 2016-cı ildə Azərbaycanda 2234, 2017-ci ildə 2016 nəfər kimyəvi zəhərlənməyə məruz qalıb.
Kimyəvi zəhərlənmələr arasında birinci yeri dərmanlardan zəhərlənmələr tutub. Ötən il kimyəvi zəhərlənməyə məruz qalanların 35,4 faizi dərmandan zəhərlənib.
İ.Əfəndiyev qeyd edib ki, intihar məqsədilə olan zəhərlənmələr daha çox dərman zəhərlənmələri və yandırıcı məhlullardan olur. Toksikoloqun sözlərinə görə, ötən il 238 nəfər sirkə turşusu, 51 nəfər siçan zəhəri içərək zəhərlənib: "İntihar etmək istəyənlər daha çox 20-29 yaşlı qadınlar olur. Ümumilikdə bütün illərdə zəhərlənmələrin strukturunda qadınların sayı çox olub. Zəhərlənənlərin 60-65 faizi qadınlar olur”.
Qadınların intihar edərkən adətən dərmanlardan istifadə etməsi ayrı bir sual doğurur. Rəsmi statistikada qeyd olunmasa da, daha çox qadınların intiharına şahid oluruq.
Psixoloq Azad İsazadənin "Şərq”ə açıqlamasına görə, hər zaman intiharların fərqli formaları olub. Bəzi illərdə zəhərlənmələr, bir müddət özünü yandırmaq, körpüdən atmaq halları çox idi: "İnsan depressiv halda olanda həyatını dəyişmək istəyir və bu barədə fikirləşir. O bilmir ki, hansı üsula əl atsın. Çətin məqamlarda hansısa xəbəri eşidir, ya da oxuyur və görür ki, bir nəfər hansısa formada intihar edib. Bu, depressiyadan olan şəxs üçün son damcıdır. Məsələn, vaxtilə televiziyada Səddam Hüseynin qətlini göstərəndə Şərq ölkələrində, o cümlədən Azərbaycanda özünü asaraq intihar edənlər çoxalmışdı. Bu, məlumat rolu oynayırdı və belə intihar "dəb” xarakteri almışdı”.
Xanımların ağrıdan qorxduqları üçün asan üsulla intihar etdiyini deyən psixoloq bildirib ki, qadın intiharlarının başqa forması da var: "Özünü yandıraraq intihar etmə də adətən qadınlara xasdır. İntiharın bu forması cənub-şərq ölkələrində daha çoxdur. Belə hallar onunla bağlıdır ki, xanım bir müddət işgəncələrə dözür və sonda bu dözüm bitir. Öz ağrısını camaata çatdırmaq istəyir, cəmiyyətə mesaj verir ki, "mən bu vəziyyətdəyəm, çox əziyyət çəkirəm”.
Hər bir intiharın cəmiyyətə mesajı ola bilər. Bu gün Azərbaycanda intiharların tam obyektiv statistikasını əldə edə bilmirik. İntiharları analiz edən bir mərkəz yoxdur. Əgər peşəkarlardan ibarət bir qurum olsaydı, intiharları daha dərindən analiz edə bilərdik”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm