Diaspor təşkilatlarından daha bir təşəbbüs: Mitinq canlı yayımlansın
13:15 22.02.2019
Arxiv
596
Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində - 23 fevral tarixində Avropanın siyasi mərkəzi olan Brüssel şəhərində (Lüksemburq meydanında) "Xocalıya ədalət”, "Dilqəm və Şahbaza azadlıq” və s. şüarlarla Ümumavropa Qarabağ mitinqi keçiriləcək. Soydaşlarımız mitinqin canlı olaraq ölkəmizdə də yayımlanmasını istəyirlər.
Məsələ ilə bağlı, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Komitənin mətbuat xidmətindən bildirdilər ki, diaspor təşkilatları belə bir təşəbbüs irəli sürüb. Komitə xaricdə yaşayan soydaşlarımızın hər bir təşəbbüsünə diqqət və həssaslıqla yanaşır. O cümlədən, bu mitinqin canlı yayımlanması ilə bağlı təşəbbüsə. Mitinqlə bağlı lazımi dövlət qurumlarına, eləcə də televiziyalara rəsmi məktublar göndərilib, mətbuata açıqlama verilib, sosial şəbəkə üzərindən diaspor təşkilatlarına bütün mümkün dəstəklər göstərilir.
Mitinq yerli vaxtla saat 14:00 – 16:00 arasında olacaq. Bu da Bakı vaxtı ilə saat 17:00-19:00-a təsadüf edir. Bu saatda hər kəs mitinqi Dövlət Komitəsinin rəsmi Facebook səhifəsindən (https://www.facebook.com/AzDiaspora/) canlı olaraq izləyə bilər.
Mətbuat xidməti olaraq, bütün həmvətənlərimizdən xahiş edirik ki, mitinqlə bağlı xəbərləri, videoları sosial şəbəkə üzərindən, eyni zamanda müxtəlif dillərdə daha çox paylaşsınlar. Bu həm düşmənə bir cavabdır, həm də xaricdə yaşayan soydaşlarımızın fəaliyyətini stimullaşdırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə