Dilqəm Əsgərovdan məktub gəlməməsi məsələsinə RƏSMİ MÜNASİBƏT
14:08 19.07.2018
Arxiv
715
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dilqəm Əsgərovun 8 aydır ailəsinə məktub yazmaması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.
BQXK-nın Azərbaycan nümayəndəliyinin müdafiə işləri üzrə koordinatoru Byorn Ram APA-ya açıqlamasında qeyd edib ki, təmsil etdiyi qurumun istər Bakıdakı nümayəndəliyi, istərsə də Dağlıq Qarabağdakı missiyasının nümayəndələri münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi başçəkmə həyata keçirir: "Beynəlxalq Qızıl Xaç Komitəsi şərait yaradır ki, saxlanılan şəxslər ailələri ilə əlaqə saxlasın. Lakin saxlanılan şəxslərin və onların ailə üzvlərinin bu təklifdən imtina etmək hüquqları da var. Bu, onların öz qərarıdır və əgər onların arzusu yoxdursa, biz nə ailələri, nə də saxlanılan şəxsləri buna məcbur edə bilərik. Əgər saxlanılan şəxs ailəsindən məktub alıbsa və cavab yazmaq hüququndan imtina edirsə, biz bu barədə ailəyə məlumat veririk. Lakin biz bunu ictimailəşdirmirik”.
B. Ram deyib ki, BQXK-nın saxlanma yerlərinə baş çəkməsi sırf humanitar xarakter daşıyır: "Silahlı münaqişələr olduqda Beynəlxalq Qızıl Xaç Komitəsinin Cenevrə Konvensiyalarına əsaslanmış mandatı var ki, saxlanılan şəxslərə baş çəksin. Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərin azadlıqdan məhrum edilməsinin səbəblərini araşdırmır və ya sual altında qoymur. Bu, bizim mandatımıza uyğun deyil. Bizim mandatımız saxlanılan şəxsin saxlanma şəraiti və onlarla rəftarı monitorinq etmək, həmçinin onların ailələri ilə əlaqələrinin bərpasını təmin etməkdən ibarətdir. Saxlanılan şəxsərin saxlanma şəraiti və ya onlara qarşı rəftarla bağlı şikayətlər olarsa, biz aidiyyəti hakimiyyət orqanları ilə vəziyyəti yaxşılaşdırmaq məqsədilə konfidensial və ikitərəfli müzakirələr aparırıq. BQXK-nın azadlıqdan məhrumetmə yerlərinə başçəkmələrlə bağlı ictimaiyyətə verdiyi məlumat həmişə ümumi olur – biz xüsusi, şəxsi və ya tibbi məlumatı açıqlamırıq – bu, həmişə konfidensial olaraq qalır. Biz baş çəkdiyimiz şəxslərlə və görüşlərin detalları ilə bağlı mətbuata və ictimaiyyətə məlumat açıqlaya bilmərik. Saxlanılan şəxslərin sağlamlıq durumu ilə bağlı məlumatlar yalnız həmin adamların razılığı olduqda ancaq onların ailələri ilə bölüşülür”.
B. Ram əlavə edib ki, BQXK saxlanılan şəxslərin azad edilməsi üçün danışıqlar aparmaq səlahiyyətinə sahib deyil: "Bəzən ictimaiyyət arasında anlaşılmaz məlumatlar dolaşır ki, Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxsin azad olunması üçün danışıqlar apara bilər. Belə deyil. Beynəlxalq Qızıl Xaç Komitəsi, saxlayan tərəf öz nəzarəti altında olan şəxsi azad etməyə qərar verdikdə ancaq neytral vasitəçi rolunu həyata keçirir. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar biz neytral vasitəçi kimi bir çox insanların qaytarılmasında iştirak etmişik. Bir daha deyirəm ki, saxlanılan şəxsin azad edilməsi barədə qərarı Beynəlxalq Qızıl Xaç Komitəsi deyil, saxlayan tərəf verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət