DİN-in rəsmisi: “Rusiya telekanallarının bu hadisədən şou düzəltməsi anlaşılmazdır”
11:47 16.10.2013
Arxiv
688
"Nəyə lazımdır bunu etmək?! Qətldə şübhəli bilinən tutulub, istintaqı aparılmalıdır. Amma bunu nümayişkaranə şəkildə təkrar-təkrar göstərməyin mənasını başa düşmək olmur”
"Azərbaycan Daxili İşlər Nazirliyi və ölkəmizin Rusiyadakı səfirliyi 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Orxan Zeynalovun cinayət işinin istintaqı ilə yaxından maraqlanır”. Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Azərbaycan DİN-in Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov bildirib.
Onun sözlərinə görə, cinayəti törətməkdə təqsirləndirilən 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Orxan Zahid oğlu Zeynalov ilkin dindirmə zamanı törətdiyi cinayəti artıq etiraf edib: "Hazırda istintaq gedir. Orxan Zeynalov onu saxlayan hüquq-mühafizə orqanlarının əməkdaşlarına törətdiyi cinayəti etiraf edib. Onunla üzləşmə keçiriləcək. Cinayət baş verən zaman Yeqor Şerbakovun yanında rəfiqəsi olub. Həmin qızla Orxan Zeynalovu üzləşdirəcəklər. Onun qətli içkili vəziyyətdə törətdiyi və digər məlumatlar hazırda Rusiya istintaq orqanları tərəfindən araşdırılır”.
E. Səmədov Orxan Zeynalovun Azərbaycan vətəndaşı olduğunu, Şəmkir rayonunun Seyfəli kəndində qeydiyyatda olduğunu da söyləyib: "Qətldə təqsirləndirilən şəxs Azərbaycan vətəndaşı olduğundan, həm Rusiyadakı səfirimiz, həm də Azərbaycanın Daxili İşlər Nazirliyi cinayət işinin istintaqı ilə yaxından maraqlanır. Dünən Moskva Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin tərəfindən Orxan Zeynalovun Azərbaycanda da qətl maddəsi ilə axtarışda olması barədə fikirlər səslənib. Bildirmək istəyirəm ki, bu yanlış məlumatdır. Orxan Zeynalov Azərbaycanda heç bir maddə ilə axtarışda olmayıb”.
Azərbaycan DİN-in nümayəndəsi Orxan Zeynalovun Rusiya hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılması prosesini əks etdirən videogörüntüləri də şərh edib: "Orxan Zeynalov törətdiyi əməli etiraf edib. Onun əməlinə görə Moskvada minlərlə azərbaycanlı hazırda əziyyət çəkir. Biz istintaqın gedişi ilə maraqlanırıq. Əgər Orxan Zeynalovun bu cinayətdə əməli sübuta yetirilməzsə, onda çəkilən videogörüntülərin nümayişi ilə bağlı məsələyə müdaxilə etmək olar. Onun əməli bütün ölkədə rezonansa səbəb olub. Qətlin baş verdiyi rayonun sakinləri ayağa qalxıb. Ayağa qalxan sakinləri sakitləşdirmək lazımdır”.
E. Səmədov bildirib ki, Rusiya telekanallarının bu hadisədən şou düzəltməsi anlaşılmazdır: "Belə qətllər çox baş verir. Adi məişət zəminində olan qətldir. Bunu bu dərəcədə telekanallarda təqdim etmək, hər dəqiqədən bir "Azərbaycan vətəndaşı Orxan Zeynalov tutulub” xəbərini vermək, əlbəttə, başa düşülən deyil. Nəyə lazımdır bunu etmək?! Qətldə şübhəli bilinən tutulub, istintaqı aparılmalıdır. Amma bunu nümayişkaranə şəkildə təkrar-təkrar göstərməyin mənasını başa düşmək olmur”.
Xatırladaq ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və "skinhed”lər Qərbi Biryulevo rayonunda yerləşən "Biryuza” ticarət mərkəzi və "Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. "Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti İlham Əliyevi təbrik etdi
18:30 19.12.2025
Rəsmi
Kürdəmirdə 9-cu sinif şagirdini "tok" vurub
18:20 19.12.2025
Hadisə
İlqar Hacıyevin məhkəməsi başlayır
18:12 19.12.2025
Hadisə
Putin Kadırovu nümunə göstərdi
18:03 19.12.2025
Region
Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib
17:53 19.12.2025
Gündəm
Azərbaycanda ov mövsümü açılır
17:38 19.12.2025
Cəmiyyət
Meyxanaçı Kərimin dəfn yeri açıqlandı - YENİLƏNDİ
17:19 19.12.2025
Mədəniyyət
"Fənərbağça" ulduz futbolçu ilə güclənəcək
16:34 19.12.2025
Futbol
İran səfiri İsveç XİN-ə çağırılıb
16:34 19.12.2025
Dünya
Meyxanaçı Ağakərim vəfat edib
16:31 19.12.2025
Mədəniyyət
İran heç bir ölkədə olmayan nüvə silahı yaratmaq istəyib - “Ynet”
15:51 19.12.2025
Dünya
Rusiya lideri: Artıq münaqişə istəmirik, sülhə hazırıq
15:44 19.12.2025
Dünya
İŞİD-ə qoşulmaq istəyirdi, DTX həbsə göndərdi
14:59 19.12.2025
Hadisə
Makron: “Putinlə görüşməli olacağıq”
14:50 19.12.2025
Dünya
Beyləqanda azyaşlı quyuya düşərək ölüb
14:45 19.12.2025
Hadisə