Azərbaycan Daxili İşlər Nazirliyi Qusar rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oktyabrın 16-sı saat 08.00 radələrində Qusar şəhərində naməlum şəxs şəhər sakini, valyutadəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərində olan 6000 min manatı qarət yolu ilə ələ keçirib. "İsti iz”lərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəhər sakini Edik Rüstəmov müəyyən edilərək saxlanılıb. Cinayət yolu ilə əldə edilmiş pulun götürülməsi üçün Rayon Polis Şöbəsinin əməkdaşları saxlanılan şəxsi şəhər kənarındakı meşə zolağına aparıb, bu zaman orada E. Rüstəmovla cinayətkar əlaqələri olan 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıb. Sonrakı əməliyyat tədbirləri ilə silahlı hücumun Qusar şəhər sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov tərəfindən törədildiyi müəyyən edilib. Hazırda ağır cinayət törədərək hadisə yerindən qaçan həmin şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xəbər lenti
Hamısına bax
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
18:32 27.06.2026
Dünya
Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
18:17 27.06.2026
Hadisə
Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
17:50 27.06.2026
Mədəniyyət
Hörmüz boğazında tanker vurulub
17:48 27.06.2026
Gündəm
Yunanıstanda meşə yanğınları başladı
17:39 27.06.2026
Hadisə
Fitso: Slovakiya Ukraynaya hərbi yardım üçün pul ayırmayacaq
17:39 27.06.2026
Dünya