DİN son qətllərlə bağlı məlumat yaydı





Daxili İşlər Nazirliyi ölkədə baş vermiş qətl hadisələri ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər veriur ki, fevralın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində yaşayan Cəmil İslamov münaqişə zəminində anası Zərnişan Allahverən qızını döyüb. Aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilən Z.İslamova fevralın 26-da orada ölüb. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.İslamov saxlanılıb.

Faktla əlaqədar rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Bundan başqa fevralın 25-də Daşkəsən rayonunun Əhmədli kənd sakini Mahizər Cəfərova evində münaqişə zəminində Gəncə şəhər sakini Qorxmaz Bağırov tərəfindən qətlə yetirilib. Fevralın 26-da Q.Bağırov Kəpəz rayonunun Məhsəti qəsəbəsindəki evinin həyətində özünü asıb. Araşdırma aparılır.