Diqqət: Uşaqlara sakitləşdirici dərmanlar verməyin!
11:57 20.02.2019
Arxiv
647
"Əgər uşaqda nevroloji problem müşahidə olunursa, özbaşına müalicə əvəzinə mütəxəssisə müraciət etmək lazımdır”
"Uşağı həkimə göstərmədən, kiminsə məsləhəti ilə ona hansısa vitamin kompleksi vermək qətiyyən düzgün deyil". Sputnik Azərbaycan-ın xəbərinə görə, uşaq kardioloqu, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının pediatrik-invaziv kardioloqu Elşən Rzayev belə deyir.
Həkim bildirir ki, azyaşlıya özbaşına hansısa dərman (lap vitamin olsa belə) vermək onun üzərində təcrübə aparılmasına bənzəyir. E.Rzayevin sözlərinə görə, bəzi valideynlər gecələri pis yatan, həddən artıq aktiv olan uşaqları sakitləşdirmək üçün onlara valeryan məhlulu verirlər və bu dərmanın zərərsiz olduğunu düşünürlər.
"Körpələri təbii vasitələrlə sakitləşdirməyin tərafdarı deyiləm. Kardioloq tərəfindən müayinə olunmayan uşağa ürək sakitləşdirici dərman vermək qətiyyən düzgün deyil. Əgər uşaqda nevroloji problem müşahidə olunursa, özbaşına müalicə əvəzinə mütəxəssisə müraciət etmək lazımdır” - Rzayev vurğulayır.
Mütəxəssis bildirir ki, uşaqda əl və ayaq soyuqluğu, dərinin göyərməsinin olması qan dövranının pozulmasına işarədir: "Yəni, ürək hər hansı bir səbəbdən ümumi qan dövranını təmin edə bilmir. Bu halda kardioloji müayinə mütləqdir”.
Kardioloq qeyd edir ki, bəzi valideynlər uşaqların böyüdükcə ürək döyüntüsünün azalmasından narahatlıq keçirirlər: "Halbuki, bu, normal haldır. Belə ki, uşaq doğularkən ürək döyüntüsü 130-150-dən başlayır. Tədricən uşaq böyüdükcə, yetkinlik yaşına çatdıqda bu göstərici 70-80-ə enir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya