Diş pastasına qatılan bu kimyəvi maddə ölüm saçır – TƏHLÜKƏ !






Fransada istehsal olunan diş pastalarının üçdə ikisi özündə titan dioksidi ehtiva edir.

"Sherg.az” ".lepoint.fr/sante” saytına istinadən xəbər verir ki, diş pastasında bu kimyəvi tərkibin mövcudluğu haqqında indiyə qədər heç bir məlumat verilmədiyinə görə, hazırda aidiyyəti qurumlar istintaqa cəlb olunacaq. 

Çünki, bu titan dioksidi insan sağlamlığı üçün ciddi təhlükə vəd edir. Titan dioksidində nanopartikülllərdən geniş istifadə olunur. 

Artıq fransızlar və Fransada insan sağlamlığı ilə məşğul olan təşkilatlar dərmanlarda və diş pastalarında bu məhsuldan istifadənin dayandırılmasını tələb edirlər.

Yazıda vurğulanır ki, Fransada ətraf mühitin və insan sağlamlığmın müdafiəsi təşkilatının 59-u uşaqlar üçün olmaqla 408 diş pastası üzərində apardığı yoxlamalar nəticəsində məlum olub ki, bu diş pastalarının üçdə ikisində titan dioksidi var.

Qeyd edək ki, bu ölkədə ekoloji sahə üzrə dövlət katibi Brün Puarson hələ ötən il bəyan edib ki diş pastalarında titan dioksidindən istifadə qadağa olunmalıdır. Bu kimyəvi maddədir və bu maddə insanın sağlamlığına ciddi ziyan vurur”.

Tərcümə etdi: Ayyət Əhməd