Dollar bahalaşır
08:02 27.12.2016
Arxiv
503
ABŞ dollarının indeksi 0,09% möhkəmlənərək 103,1 bənd səviyyəsinə çatıb. "APA-Economics" xəbər verir ki, beləliklə, dolların indeksi yenidən 14 illik maksimum göstərici olan 103,65 bənd səviyyəsinə yaxınlaşıb.
Avro dollara nisbətən 0,13% ucuzlaşaraq 1,0439 dollar həddinə enib. Halbuki, bundan öncə avro 1,0469 dollaradək bahalaşa bilib.
Avstraliya dolları 0,18%, yəni 0,7182 dollaradək ucuzlaşıb. Beləliklə, "yaşıl qitə"nin rəsmi valyutasının məzənnəsi 7 aylıq minimuma, yəni 0,7160 dollar səviyyəsinə yaxınlaşıb.
ABŞ valyutası İngiltərə funt sterlinqinin məzənnəsinə də təzyiq göstərməkdədir. Belə ki, funt sterlinq 0,21%, yəni 1,2271 dollar səviyyəsinədək ucuzlaşıb.
Dollar Yaponiya yeninə qarşı 0,22% möhkəmlənib və 117,33 yenə çatıb. Xatırladaq ki, Donald Tramp prezident seçilən gündən dollar yenə qarşı bahalaşır. Seçkilərdən bu günədək yen 10% ucuzlaşıb.
Qeyd edək ki, bir çox birjalar bayram tətilinə bağlansa da, bəzilərində kiçik həcmdə ticarətlər aparılır.
Yeri gəlmişkən, bazar iştirakçıları dolların ciddi korreksiyaya uğramasını proqnozlaşdırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial