Donald Tramp Hillari Klintondan cəmi 3 faiz geri qalır




"The Wall Street Journal” qəzeti və NBC News telekanalı ABŞ vətəndaşları arasında payız seçkilərində prezidentliyə namizədlərə dəstək mövzusunda sorğu keçirib. Mümkün statistik xəta ehtimalının 3,1 faiz olduğu sorğuda qeydiyyatdan keçən min seçici iştirak edib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, sorğunun nəticələrinə görə, respublikaçı Donald Tramp demokrat Hillari Klintondan cəmi 3 faiz geri qalır. Belə ki, sorğu iştirakçılarının 43 faizi Donald Trampa səs verdiyi halda, Hillari Klinton seçicilərin cəmi 46 faizinin etimadını qazanıb və seçkiqabağı kampaniya ərzində ilk dəfə 50 faizdən aşağı səs toplayıb. Aprel ayında keçirilən analoji sorğu zamanı namizədlər arasındakı fərq 11 faiz təşkil edirdı.

Analitiklərin fikrincə, Klinton qarşısında Trampın mövqeyinin güclənməsi çox güman ki, respublikaçı namizədin partiyasındakı rəqibləri Ted Kruz və Con Keysikin seçki kampaniyasını tərk etməsi ilə əlaqədardır.