Dönər ətləri minus 40 dərəcədə şok dondurmadan keçirilməlidir
08:24 29.03.2019
Arxiv
581
Qida Təhlükəsizliyi Agentliyi “malı”, “məli” şəkilçisindən imtina etməli, real iş görməlidir
Bütün metrostansiyaların ətrafı, mərkəzi küçələr, ali təhsil ocaqları, ofislərin ətrafı dönərxanalarla dolub-daşır. Az qala hər tinbaşı dönərxanaya rast gəlirik. Dönərxanalarla bağlı dəfələrlə tükürpədici, ürəkbulandırıcı xəbərlər yayılmasına, eşşək və at ətinin istifadəsinə dair təsdiqləyici faktlar aşkarlanmasına rəğmən dönər hələ də tələbələrin və azmaaşlı insanların gündəlik yeməyi hesab olunur.
Halbuki mütəxəssislər dönərin natəmiz, anti-sanitar şəraitdə hazırlandığından bu yemək növü münbit infeksiya, əsasən də mədə-bağırsaq infeksiyası mənbəyi sayıldığına dair kifayət qədər faktlar sadalayıb. Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, dönər istehsalı zamanı insan sağlamlığı üçün aşağıdakı təhlükəli mikrobioloji risklər meydana gələ bilər:
- Keyfiyyətsiz və təhlükəli xammaldan istifadə olunduğu təqdirdə;
- Ət tam bişirilmədikdə;
- Dönər bişirilərkən ət suyu və sos çiy hissədən bişmiş hissəyə axdıqda;
- Gigiyenik qaydalara riayət edilmədikdə, habelə yaxşı təmizlənməmiş alət və ləvazimatlardan istifadə edildikdə.
Ortaya çıxacaq hansısa fəsadın qarşısını almaq üçün dönərlə əlaqədar qida təhlükəsizliyi şərtlərini bilmək çox vacibdir.
Dönər istehsalı zamanı təhlükəsizliyin təminatı üçün aşağıdakı faktorlara diqqət yetirilməlidir: "Dönər istehsalında istifadə edilən xammal və komponentlərin mənşəyi məlum olmaqla, onların təhlükəsizliyini və keyfiyyətini təsdiq edən sənədlər olmalıdır. Xammal təchizatçıları düzgün təyin edilməli, xammallar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyi qeydiyyatına alınmış təchizatçılardan təmin edilməlidir. Həmçinin xammalın qəbulu zamanı, məhsul daşınarkən sanitariya-gigiyena norma və qaydalarına, temperatur rejiminə ciddi riayət olunmalıdır. Dönərlə birgə təqdim edilən çörək, göyərti, tərəvəz, mayonez, ketçup və s. məhsulların saxlanılması zamanı müvafiq sanitariya-gigiyena norma və qaydalarına, temperatur rejiminə riayət edilməli, son istifadə müddəti tamamlanmış məhsullardan istifadə edilməməlidir. Və nəhayət, bişirilmiş dönər 1 saat ərzində istehlak edilməlidir”.
Azərbaycanda fəaliyyət göstərən dönərxanalarda standarta uyğun olmayan dönər hazırlandığını vurğulayan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, Qida Təhlükəsizliyi Agentliyi "malı”, "məli” şəkilçisindən imtina etməli, real iş görməlidir:
"Agentlik qida məhsullarının təhlükəsizliyinə nəzarəti həyata keçirən dövlət orqanı kimi hər hansı məhsul haqqında yalnız rəsmi faktlara əsaslanaraq rəy verir. Qeybət xarakterli açıqlamalar, tövsiyələri hamı verə bilər. Sirr deyil ki, dönərxanaların çox az qismi dönər ətinin hazırlanma, saxlanma qaydalarına riayət edir. Qalan dönərxanalar standarta uyğun olmayan, təhlükəli heyvan ətlərindən dönər hazırlayır. Dönərxanalarda ətin yalnız üst hissəsini qızardırlar, qalan hissə isə bişməmiş satılır və bu problemdən çıxış yolu dönərxanaları bağlamaq deyil, bu sahədə keyfiyyəti artırmaq lazımdır”.
AİB sədri deyib ki, AQTA dönərxanalar qarşısında konkret standartlar qoymalı və ona uyğun fəaliyyət göstərmələrini təmin etməlidir:
"Dönərlərlə bağlı məsələnin mahiyyəti ondan ibarətdir ki, dönər ətləri minus 40 dərəcədə şok dondurmadan keçirilməlidir ki, heyvana aid olan bütün xəstəliklər məhv edilsin. Bu qaydalara ancaq "Minbərəkət” və "AzProtein" şirkətləri əməl edir. Şok dondurmadan keçirilən ətlər şişə taxılmış formada xüsusi maşınlarda dönərxanalara gətirilir.
AQTA öz fəaliyyətini o şəkildə qurmalıdır ki, dönər ətlərini minus 40 dərəcədə şok dondurmadan keçirən şirkətlərin sayı artsın, dönərxanalar da əti həmin şirkətlərdən almalıdır. Bununla yanaşı da digər sanitar qaydalara əməl etməlidirlər. Buna nail olmaq üçün AQTA öz işini ictimaiyyətlə birgə qurmalıdır. Bizim Birlik dəfələrlə qurumu əməkdaşlığa dəvət etsə də, onlar maraqlı olmayıblar. Fikrimcə, ölkədə qida təhlükəsizliyinə nail olmaq istəyirsə, AQTA özünəarxayınlıq və təkəbbürdən azad olmalıdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya
Pezeşkian: İran çökmədi, əksinə gücləndi
09:58 24.08.2026
Gündəm
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
09:52 24.08.2026
Hadisə