"Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdə müəyyən şübhələr var"
13:01 12.07.2018
Arxiv
952
"Dövlət Statistika Komitəsinin açıqladığı statistik göstəricilər bəzən reallıqdan uzaq olur”
Bu sözləri "Sherg.az”a Azəbaycanda orta aylıq əmək haqqının dörd faiz artması ilə bağlı açıqlanan statistik göstəriciyə münasibət bildirərkən iqtisadçı-ekspert Rəşad Həsənov söyləyib.
Ekspertin fikirincə, orta aylıq əmək haqqında açıqlanan statistik rəqəmlər tam reallığı əks etdirmir:
"Burada həm obyektiv, həm də subyektv səbəblər var. Azərbaycan Statistika Komitəsinin verdiyi məlumata görə, qeyri-leqal əmək bazarında beş milyon məşqul insan var. Eyni zamanda komitədən verilən məlumatlarda o da deyilir ki, 1,5 milyon insanın əmək haqqını təsdiq edən sənədlər əsasında çalışır. Dövlət sektorunda 800 min, özəl sektorda 640 minə yaxın çalışan insanlar var. Amma digər insanların əmək şəraiti onların əmək haqqı açıqlanan statistik göstəricilərdə öz əksini tapmır. Qeyri-leqal əmək sahəsində əmək prosesində iştirak edənlərin böyük əksəriyyəti kənd təsərrüfatı sektorunda çalışanlardır. Kənd təsərrüfatı sektorunda çalışanların əmək haqqı səviyyəsi çox aşağıdır. Amma nəticələri ümumiləşdirsək, ölkə üzrə göstəricilər böyük ehtimalla statistika komitəsinin açıqladığı rəqəmlərdən aşağıdır.
Eyni zamanda şübhə yaradan digər səbəblər də mövcuddur. Məsələn, ölkə iqtisadiyyatı 3,8 faiz kiçildiyi halda 2016-cı ildə komitənin hesabatlarından görünürdü ki, Azərbaycanda orta aylıq əmək haqqı artıb. Bu məntiqi baxımdan izah olunması çox çətin məsələdir. Həmin dövrdə valyuta ilə əmək haqqı alanların əmək haqqısında artımın olduğunu izah etməyə çalışanlar var. Amma Azərbaycanda valyuta ilə əmək haqqı alanların sayı çox az idi. Yəni bu kimi səbəblərdən Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərdə müəyyən şübhələr var. Düşünürük ki, əslində Azərbaycanda əmək bazarının leqallaşdırılmasında, həmçinin əmək bazarı haqqında məlumatların toplanması üçün Statistika Komitəsinin öz metodologiyalarını təkminləşdirməsinə ehtiyac var. Dünya təcrübəsində sorğu metodologiyasından çox geniş istifdə olunur.
Azərbaycanda bu istiqamətdə fəaliyyətləri artırmaqla orta əmək haqqında daha dəqiq məlumatları vermək mümkün olar. 2018-də dövlət büdcəsi beş milyard manatdan çox artırılıb. O artırılan vəsaitin bir hissəsi tikinti sektoruna yönəldilib. Azərbaycanda tikinti sektoru kənd təsərrüfatından sonra ikinci böyük sənaye səhəsidir. Burada çalışan işçilərin sayı da əhəmiyyətli dərəcədə çoxdur. Bu sektor son üç ildə kəskin şəkildə kiçilib. Hətta bu sahədə 2016-2017- ci ildə 27 faiz azalma baş vermişdi. Hazırki dövlət xərcləmələrinin artması nəticəsində sektorda əməyə təlabat artıb. Bu da orta aylıq əmək haqqı səviyyəsinə müəyyən bir təsir göstərə bilir. Nəticədə 2017-ci ilə nisbətən 2018-ci ildə orta aylıq əmək haqqının artdığını demək olar. Amma hansı səviyyədə artıb və rəqəmlər tam real olduğunu demək çox çətin olar. Bunun üçün böyük analiz və açıqlamalar lazımdır”.
Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,0% artaraq 541,0 manat təşkil edib.Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. 2018-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% artaraq 1545,4 min nəfər olub, onlardan 886,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 658,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 21,5%-i təhsil, 18,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 7,0 faizi tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,1 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 11,2%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət