Duman Bakı aeroportunun işinə təsir etdi?





Bakıda qeydə alınan qatı duman Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib.

Bu barədə Trend-ə aeroportdan bildiriblər.

Qeyd olunub ki, təyyarələrin uçuşu və enişi cədvələ uyğun həyata keçirilir:

"Təyyarələrin uçuşunda heç bir ləngimə yoxdur. Aeroport adi rejimdə işləyir”.