Dünya çempionumuz xəstəxanaya yerləşdirib - Fotolar

Yunan-roma güləşi üzrə dünya və Avropa çempionumuz Həsən Əliyev əməliyyat olunub.
"Sherg.az"ın məlumatına görə, hazırda Bakıdakı klinikaların birində müalicəsini davam etdirən idmançı əməliyyatdan sonra ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:
"Hərdən zədələrim, işimin çətinliyi o qədər sıxır məni, az qalıram üsyan edəm. Özüm-özümə tək qalanda çox əziyyət çəkirəm , çox deyinirəm. 
Amma, sonradan elə bir şeylər olur, özümdə gözləmədən elə bir şeylərlə qarşılaşıram, eləbil mənə deyirlər, itirdiklərinə də bir bax, qazandıqlarına da. Mənim üçün hər şeydən üstün, insanların heç bir şey güdmədən sənin özünə görə dəyər verib diqqət göstərməkləridir. Hələ bu üstəlik səni şəxsi tanimadan verilən dəyər olsa xüsusən.
 Bu gün yüzlərlə insan mesaj yazıb zəng edib əllərindən gələn qədər xidmət etmək, kömək etmək istədilər. Bu mənim üçün əvəz olunmaz bir hissdir. Sükür edirəm ona görə ki, Allah layiq olmadığımız dərəcədən artıq izzət verir bizlərə. Allah bizə doğru yaşayıb, doğru dünyadan köçməyi nəsib etsin".
Qeyd edək ki, Azərbaycanın ən titullu güləşçilərindən olan H.Əliyev bir sıra Qran-pri turnirlərinin də qalibidir.