"Bəlkə də, Pentaqonun İŞİD-lə bağlı konkret planları var və ABŞ Prezidenti ona əsasən bu cür iddialı danışır"
Dünya İŞİD-dən təmizlənib, amma...
08:45 13.12.2018
Arxiv
538
Təşkilatın bir çox ölkələrdə yatmış hücrələri hələ də qalmaqdadır
"Bəlkə də, Pentaqonun İŞİD-lə bağlı konkret planları var və ABŞ Prezidenti ona əsasən bu cür iddialı danışır"
"Bəlkə də, Pentaqonun İŞİD-lə bağlı konkret planları var və ABŞ Prezidenti ona əsasən bu cür iddialı danışır"
Bir vaxtlar dünyanın qorxulu kabusuna çevrilən İŞİD problemi son zamanlar öz aktuallığını itirib. İŞİD terror qruplaşmasının yaraqlılarının qaniçən simaları və törətdikləri cinayətlərə dair xəbərlər çox az hallarda tirajlanır.
ABŞ Prezidenti Donald Tramp isə iddia edir ki, qarşıdakı 30 gün ərzində Suriyada terrorçu İŞİD qruplaşmasının üzvü olan bir nəfər belə qalmayacaq.
Onun sözlərinə görə, ABŞ İŞİD-ə qarşı mübarizədə böyük işlər görüb: "Hazırda regionda çox az terrorçu qalıb. 30 gün ərzində bir terrorçu da qalmayacaq”.
Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu da son bir neçə il ərzində Suriyada, İraqda İŞİD-ə çox böyük zərbələr vurulduğunu, onların fəaliyyətinin xeyli zəiflədiyini xatırladıb:
"6 il əvvəl hər gün İŞİD terrorçularının hansısa ərazini bombalaması, uşaqları diri-diri yandırması, insanlara işgəncə verməsi kimi faktlar barədə az qala hər gün xəbər oxuyurduq, videolar izləyirdik. Azərbaycandan yüzlərlə gənc bu qanunsuz terror qruplaşmasına qoşulmuşdu. Son iki ildə isə İŞİD-ə qoşulanlar və onların vəhşilikləri barədə məlumatlar xeyli dərəcədə səngiyib. Bunun da səbəbi müxtəlif ölkələrdən ibarət qruplaşmanın İŞİD-ə qarşı ciddi mübarizə aparmasıdır.
İŞİD-in neytrallaşdırılması istiqamətində addımlar müəyyən səmərə versə də, bu İŞİD terrorçularının tamamilə məhv edilməsi anlamına gəlməməlidir. İllər əvvəl Əl-Qaidə ilə bağlı da analoji xəbərlər yayılmışdı. Amerikanın zərbələrindən sonra Əl-Qaidənin fəaliyyəti zəifləsə də, onlar tamamilə yox olmadılar. Biz günü bu gün də ara-sıra onların törətdikləri terror faktlarına dair xəbərlər alırıq. İŞİD terrorçularını da eyni sonluq gözləyir. Onlar hər nə qədər zərərsizləşdirilsə də, bu təşkilatın bir çox ölkələrdə yatmış hücrələri mövcuddur.
Nə vaxtsa həmin terrorçular başqa bir təşkilat adı altında üzə çıxacaqlar. Yəni əvvəlki İŞİD kimi güclü təşkilat olmasa da, yeni bir terror qruplaşmasının yaradılması mümkündür. Məgər İŞİD-in özü Əl-Qaidədən törəmədi? Fikrimcə, İŞİD sıralarında döyüşən terrorçular hazırda gizləndikləri regionlarda istənilən vaxt gərginlik ocağı yarada bilərlər. Bunu nə vaxt və necə edəcəkləri isə İŞİD-in şəbəkələşmiş strukturunun strateji planından asılı olacaq”.
Trampın açıqlamasına gəldikdə isə politoloq onun bu iddiasının son dərəcə optimist olduğunu deyib:
"Bəlkə də, Pentaqonun İŞİD-lə bağlı konkret planları var və ABŞ Prezidenti ona əsasən bu cür iddialı danışır. Onsuz da ABŞ Suriyadakı İŞİD qüvvələrini xeyli dərəcədə zərərsizləşdirib. Ola bilər ki, yeni bir əməliyyat keçirərək orada qalan qüvvələri də məhv edəcək. Fikrimcə, Tramp öz reyqintini artırmaq, beynəlxalq aləmdəki mövqeyini gücləndirmək üçün bu açıqlamanı verib. Dediyim kimi, Pentaqon generalları tərəfindən İŞİD-in qalan qruplaşmalarına qarşı hansısa bir hücum əməliyyatının hazırlanması da istisna deyil”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm