Dünya şöhrətli azərbaycanlı alim vəfat etdi - FOTO
05:56 06.07.2021
Arxiv
459
Azərbaycanlı arxeoloq Rauf Munçayev vəfat edib.
Oxu.Az xəbər verir ki, alim ömrünün 93-cü ilində Moskvada vəfat edib.
Qeyd edək ki, Rauf Munçayev 1928-ci il sentyabrın 23-də Zaqatalada anadan olub. Onun uşaqlıq və yeniyetməlik illəri bu şəhərdə keçib. Zaqatalada rus məktəbində orta təhsil alıb.
1945-1949-cu illərdə Dağıstan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində, 1949-1953-cü illərdə Moskvada SSRİ EA Maddi Mədəniyyət İnstitutunun (indiki Arxeologiya İnstitutu) aspiranturasında arxeologiya ixtisası üzrə təhsil almışdır. 1953-cü ildə tarix elmləri namizədi, 1971-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
Dünya şöhrətli arxeoloq R.Munçayev gərgin və məhsuldar elmi fəaliyyətinə görə Rusiya Federasiyasının bir sıra mükafatlarına layiq görülüb. Bunlardan yalnız bəzilərini qeyd etmək yerinə düşər. Belə ki, o, 1998-ci ildə “Dostluq” ordeni, 2005-ci ildə “Kazanın 1000 illiyi xatirəsinə” medalı, 2009-cu ildə “Şərəf” ordeni ilə təltif edilmişdir.
R.Munçayev 1982-ci ildə Dağıstan Respublikasının, 1989-cu ildə Rusiya Federasiyasının, 2008-ci ildə İnquşetiya Respublikasının Əməkdar elm xadimi fəxri adlarına layiq görülüb, 2013-cü ildə isə Çeçenistan Respublikasının Elmlər Akademiyasının fəxri akademiki seçilib. Görkəmli alim Qədim Mesopotamiyanın tədqiqində göstərdiyi xüsusi xidmətlərə görə 1999-cu ildə Rusiya Federasiyasının elm və texnika üzrə Dövlət Mükafatına layiq görülmüşdür. R.Munçayev 1985-ci ildən Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü, 1990-cı ildən isə İtaliyanın Afrika və Şərq İnstitutunun müxbir üzvü olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq