Dünya şokda: Bəşəriyyətin ən bahalı rəsm əsəri itib
16:58 31.03.2019
Arxiv
560
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərindəki Luvr muzeyinin əməkdaşları dahi Leonardo da Vinçinin "Dünyanın xilaskarı” əsərinin harada olduğunu bilmirlər. Sputnik Azərbaycan "The New York Times”a istinadla xəbər verir ki, bu əsər tarix boyu ən bahalı rəsm əsəri sayılır.
Əsərin harada olduğunu daima Əbu-Dabidəki həmkarları və Fransa hakimiyyəti ilə əlaqə saxlayan Fransadakı Luvr muzeyinin əməkdaşları da bilmirlər.
Qeyd edək ki, rəsm əsəri ötən ilin sentyabrında Əbu-Dabidə nümayiş etdirilməliymiş. Amma o zaman BƏƏ hakimiyyət orqanları naməlum səbəbdən əsərin nümayişini təxirə salıblar.
"Dünyanın” xilaskarı 2017-ci ilin noyabrında auksionda 400 milyon dollara satılıb. Onu səudiyyəli şahzadə Bader bin Abdulla bin Məhəmməd bin Farhan əl Saud alıb. Bütün komissiyalar da hesablandıqda, şahzadə ona 450 milyon dollar ödəyib. Bundan əvvəl rəsm əsəri rusiyalı milyarder Dmitri Rıbolovlevə məxsus olub.
Rəsm əsərinin təxminən 1500-cü ildə çəkildiyi bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi