Dünyanı ayağa qaldıran hadisə...

İki gənc qıza “təcavüz” cəzası verildi


Hindistanda kənd məclisi qəsddən və evli qadınla əlaqəyə girən bir gənci cəzalandırmaq üçün gəncin iki bacısını təcavüzə məhkum etdi.

Dünyanı ayağa qaldıran hadisəyə insan haqqları təşkilatlarından gələn reaksiyalardan sonra Hindistan Yüksək Məhkəməsi kənd məclisi üzvləri haqqında iddia açdı. "India Times”in xəbərinə görə, Sankrot adlı kənddə adı gizli saxlanan bir gənc "Jat” adıyla bilinən qəsddən bir qəbiləyə mənsub evli bir qadınla əlaqəyə girib. Hadisənin ortaya çıxmasından sonra kəndin qocalarından ibarət "Panchayat” adlı kənd məclisi qaçan gənci cəzalandırmaq üçün iki bacısına "təcavüz edilib, üzləri qaraya boyanmış və çılpaq olaraq kənd içində gəzdirilməsinə” qərar verib.

Qərardan sonra 23 yaşlı Meenakshi Qumarı ilə 15 yaşlı bacısı kənddən qaçaraq bir qadın haqqları təşkilatına sığındı. Bu vaxt qərarı eşidən qadın və insan haqqları quruluşları 15 gün içində 100 min imza yığaraq kənd məclisi üzvlərinin cəzalandırılmasını istədi. Hindistan Yüksək Məhkəməsi gələn reaksiyalardan sora kənd məclisi üzvləri haqqında təcavüz və şiddətə təşviq günahlandırmasıyla iddia açıldı. Yerli dildə "panchayat” olaraq bilinən kənd məclisləri qeyri-qanuni olmalarına baxmayaraq Hindistanın böyük bir hissəsində hələ "yerli məhkəmə” funksiyası daşıyır və qərarları xalq arasında "geri dönülməz” kimi qəbul edilir.