Dünyanı qarışdıracaq qərar verildi - Tramp Qolan təpələrini İsrailin ərazisi kimi tanıdı




ABŞ prezidenti Donald Tramp İsrailin Qolan təpələri üzərində suverenliyini tanınmasına dair sənəd imzalayıb.

"Sherg.az"ın xəbərinə görə, məlumatı "RİA Novosti” yayıb.

Deklarasiya İsrailin baş naziri Binyamin Netanyahunun iştirakı ilə imzalanıb.

Tramp qeyd edib ki, bu qərar on illər əvvəl verilməli idi:

"İsrail Qolan təpələrini 1967-ci ildə nəzarətə götürüb ki, özünü müdafiə etsin. İndi İsrailə İran və Suriyada olan terror qruplaşmalarından, o cümlədən "Hizbullah”dan müdafiə olunmaq lazımdır. Bu İsrailin təhlükəsizliyi üçün vacib idi". 

Xatırladaq ki, bir neçə gün öncə Tramp Qolan təpələri üzərində İsrailin suverenliyini tanıyacağının anonsunu vermişdi. 

Qeyd edək ki, Avropa Birliyi və Rusiya ABŞ prezidentinin bu qərarına qarşıdırlar. 

Anar