Düyməyə basılıb - Saakaşvilini dayandırmaq çətin olacaq

Ağa Zeynalov : "Ukrayna prezidenti Saakaşvilinin planlarından çəkinir"»
"Ukrayna prezidenti Pyotr Poroşenkonun yaxın ətrafı Saakaşviliyə impiçment yürüyüşünü dayandırması əvəzində ona baş nazir kreslosunu təklif ediblər”
Bu barədə "Sherg.az”a Gürcüstanın keçmiş prezidenti və Odessanın keçmiş meri Mixail Saakaşvilinin Ukrayna hakimiyyətinə qarşı mümkün addımlarını şərh edərkən Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Ağa Zeynalov bildirib.
 O, Odessanın keçmiş merinin bu izdivaca razılaşmayacağı qənaətində olduğunu bəyan edib:
"Saakaşvili Poroşenkonun adamlarına sərt cavab verib. Bütün hallarda Poroşenkonun təklifi onu göstərir ki, Ukrayna prezidenti Saakaşvilinin planlarından çəkinir. Mixail Saakaşvili deyib ki, onun prezidentlik iddiaları yoxdur, o Ukrayna prezidenti olmaq istəmir. Onun sözlərinə görə Ukrayna prezidenti burada doğulub, boya başa çatan insan olmalıdır. Ancaq bu açıqlama daha çox manevr xarakteri daşıya bilər. Saakaşvilinin planı nədən ibarət ola bilər? 
Fikrimcə, iki variant var: Saakaşvili ya dediyi kimi, hakimiyyəti devirib xalqın rıcası ilə hakimiyyətə gəlmək istəyir, ya da parlamentdə böyük səs çoxluğu qazanıb Ukraynanın baş naziri olmaq istəyir. Dekabrın 17-də paytaxt Kiyevdə və Ukraynanın başqa şəhərlərində impiçment yürüyüşü baş verdi. Saakaşvili atıq düyməyə basıb və siyasi hərarəti qaldırmaq istəyir. Poroşenkonun onu saxlaması çətin olacaq”.