Duzdan çox istifadə beyində qan dövranını azaldır
08:06 31.01.2018
Arxiv
936
Təzyiq xəstəsi olanlar, ümumiyyətlə, duzdan istifadəni minimuma endirməlidir
Amerikalı mütəxəssislərin araşdırmalarına görə, hər gün çox miqdarda duzun qidada istifadə edilməsi bağırsağın immun sistemində dəyişikliklərə səbəb ola bilər.
Qeyd olunur ki, üç həftə müddətində duzdan həddən çox istifadə beyində qan dövranını da azaldır. Bununla bağlı müşahidə siçanlar üzərində aparılıb. Duzun həcminin azalmasından sonra siçanların orqanizmində normal rejimin bərpa olunduğu müşahidə edilib.
Ümumdünya Səhiyyə Təşkilatı gün ərzində beş qramdan çox olmayaraq duzdan istifadə etməyi məsləhət görür.
Lakin bu məsləhətin gündəlik həyatımıza heç bir aidiyyəti yoxdur. Millət olaraq duzdan çox istifadə etməyi sevirik. Yeməklərdə, salatlarda normadan artıq duzdan istifadə bizim üçün adi gəlir. Sonrakı fəsadlardan isə xəbərimiz yoxdur.
Diaqnoz Tibb Mərkəzinin həkimi Şahvələd Məmmədov "Şərq”ə açıqlamasında duzdan çox istifadənin müəyyən yaşdan sonra ürək-damar və digər xəstəliklərə səbəb olduğunu deyib. Həkimin sözlərinə görə, duzdan çox istifadənin ziyanları uzun illərdən bəri sübut olunub:
"Təzyiq xəstəsi olanlara duzu minimuma endirməyi məsləhət görürük. Həddindən artıq istifadə olunduğu zaman insanlarda maddələr mübadiləsi, beyin, qan dövranı və daxili orqanların əksəriyyətində duz mübadiləsi pozğunluğu yaranır. Təbii ki, hər bir insanın gündəlik olaraq duza ehtiyacı var. Bu orqanizmin tələbidir, duzsuz yaşayış olmaz. Bugünkü yaşam tərzimiz, daha çox da regionlarda duzlu və yağlı yeməklərdən istifadə olunur.
El arasında duzlaşma, "artroz” deyilən xəstəlik mövcuddur. İnsan var ki, ovucla duz yeyir, amma onun oynağında heç bir problem olmur. Deməli, onda duz mübadiləsi pozğunluğu yoxdur. İnsanların böyük əksəriyyətində isə duz mübadiləsi pozğunluğu var. Yəni maddələr mübadiləsinin bir qolu duz mübadiləsi pozğunluğudur.
Bu pozğunluq olan insanlarda duzlaşma, artroz, artrit və digər xəstəliklər olur. Ona görə də duzun həddən çox istifadə olunması müxtəlif xəstəliklərə səbəb olur. Tibb elmində maddələr mübadiləsi pozğunluğu ilə bağlı xəstəliklər qrupu var. Məsələn, piylənmə, şəkər, hipertaniya, ürək xəstəlikləri, bütün damarlarda kirəcləşməni qeyd edə bilərik. Bütün bunların başında duz mübadiləsi pozğunluğu durur”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya