"Əfqanstan veteranları üçün imzalanan sərəncam daha çox mənəvi dəstəkdir" - Millət vəkili
11:45 22.02.2019
Arxiv
650
"Prezidentin Azərbaycan Əfqanstan veteranları ilə bağlı imzaladığı sərəncamı bir daha təsdiq edir ki, ölkə başçısı vətəndaşlarımızın hər birinin diqqət və qayğı ilə əhatə olunması istiqamətində böyük işlər görür”.
Bu sözləri "Sherg.az”a millət vəkili Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Prezident hər zaman Azərbaycan vətəndaşlarını diqqətda saxlayıb:
"Xüsusilə, sosial qayğıya ehtiyacı olan vətəndaşlarımız, qaçqın və məcburi köçkünlərimiz, Qarabağ müharibəsi veterenaları, əlillər və şəhid ailələri üçün əmək haqqlarının, pensiyaların, təqaüdlərin artırılması prosesi həyata keçirilib. Bundan başqa, şəhid vərəsələrinə 11 min manat vəsaitin verilməsi, eləcə də bu tədbirlərin həyata keçirilməsi üçün 600 milyon manat vəsaitin iqtisadi dövriyəyə cəlb olunması ilə bağlı göstərişlər verilib.
Əfqanstan veteranları üçün imzalanan sərəncam həmin insanlara maddi dəstəkdən daha çox mənəvi dəstək və qayğıdır. Azərbaycan vətəndaşlarının hər bir kateqoriyası tam əmindir ki, onun arxasında ölkə başçısı durur və hər zaman Prezidentin qayğısı ilə əhatə olunacaqlar. Cənab Prezidentin bu addımı onun bir ölkə başçısı olaraq yürütdüyü sosial siyasətin hərtərəfli olduğunu bir daha göstərdi”.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Əfqanıstanda müharibənin başa çatmasının 30 illiyi ilə əlaqədar Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi, habelə Birliyin fəaliyyətinin təkmilləşdirilməsi üçün cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayrılsın.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə