Əhali arasında yayılan xəbərdarlıq mesajlarına AMEA-dan ŞƏRH
10:59 06.09.2017
Arxiv
505
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanası sosial şəbəkələr vasitəsilə əhali arasında yayılan kütləvi xəbərdarlıq mesajlarına münasibət bildirib.
Rəsədxananın direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov APA-ya deyib ki, xəbərdarlıqda Ayın Yerə həddindən artıq yaxınlaşdığı üçün Yer planetində güclü kosmik fırtına, şüalanmanın olacağı qeyd edilib.
X. Mikayılov qeyd edib ki, bunların hamısı yanlış söhbətlərdir: "Ayın yerə yaxınlaşması mobil telefonlara, texnikaya hər hansı bir təsir göstərə bilməz. Çünki ayın özünün şüalanması yoxdur, Günəşin şüalarını əks etdirir. Hər bir ay ərzində Ayın Yerə yaxınlaşması və uzaqlaşması halları müşahidə edilir. Bu il də Ayın Yerə yaxınlaşması hadisəsi sentyabrın 13-də qeydə alınacaq. Bu zaman Ayla Yer arasında 369 min km məsafə olacaq. Bu yaxınlaşma adi hallardan biri hesab olunur. Təbiət hadisələrindən biri olan Ayın Yerə ən yaxın məsafədə yaxınlaşması "Super Ay” isə 2018-ci il yanvarın 2-də qeydə alınacaq.
Bu zaman Ayla Yer arasında məsafə 356 min 550 km olacaq. Bu vaxta kimi bir neçə dəfə "Super Ay” hadisələri baş verib və bu yaxınlaşmalar zamanı hansısa təhlükələr olmayıb”.
X.Mikayılov əlavə edib ki, sentyabrın 13-də və 2018-ci il yanvarın 2-də qeydə alınacaq Ayın Yerə yaxınlaşması zamanı da hansısa təhlükəli halların olması gözlənilmir. Bu gün insanlar arasında cəhalətin baş alıb getdiyini deyən direktor müavini vurğulayıb ki, falçılar, müəyyən qrup adamlar belə məlumatlar yayaraq insanları daha da vahimə içərisində saxlamağa çalışırlar: "Belə şeylərdən uzaq olmaq lazımdır. Sosial şəbəkələr vasitəsilə yayılanlar doğru olmayan və bir qrup insanın uydurduğu yalan məlumatdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman