"Əhsən!!!"
07:32 31.01.2019
Arxiv
642
Əməkdar müəllim Gürcüstanın təhsil sistemindəki yenilikləri alqışladı
Bizim təhsil sistemində bir az yanlışlıqlar var. Ali məktəbə qəbulda həm buraxılış imtahanının, həm də ali məktəbə qəbul imtahanlarının nəticələri toplanır. Orta məktəb səviyyəsi, üstəgəl, ali məktəbə qəbul imtahanı göstəricisi. Bu, şagirdlərə ali məktəbə qəbulda çətinlik yaradır
Gürcüstan orta məktəblərində buraxılış imtahanları ləğv olunur. Bu, Gürcüstan təhsil sistemi ilə əlaqədar yeni modelin hazırlanması ilə bağlıdır. Sənəddə 2020-ci ildən etibarən ölkənin ictimai məktəblərində buraxılış imtahanlarının ləğvi nəzərdə tutulub.
Təhsil sistemində nəzərdə tutulan yeniliklər 2020-ci ildən həyata keçiriləcək. 2019-cu ilin 11-ci sinif şagirdləri isə buraxılış imtahanları verməyəcəklər. Buraxılış imtahanları bu il 12-ci sinif şagirdləri üçün qüvvədə qalacaq.
Əsas yeniliklərdən biri də ali məktəblərə qəbulla bağlıdır. 2020-ci ildən başlayaraq ali məktəblər hər bir proqram üzrə baryeri özləri müəyyənləşdirəcək. Gələn ildən etibarən milli imtahanlar 4 fənnin əvəzinə 3 fənn üzrə keçiriləcək.
Gürcü dili və ədəbiyyatı, xarici dil üzrə imtahanlar bütün abituriyentlər üçün məcburi olacaq. Üçüncü məcburi fənn isə ali təhsil müəssisəsinin proqramına əsasən müəyyən ediləcək. Belə ki, texniki istiqamət üzrə abituriyentlər riyaziyyat, humanitar istiqamət üzrə isə tarix fənnindən imtahan verməli olacaqlar.
Gürcüstan təhsil sistemindəki yeniliyi şərh edən Əməkdar müəllim Almaz Həsrət «Şərq»ə açıqlamasında bunu alqışladığını bildirdi:
- Əhsən deyirəm, Gürcüstan təhsilinə. Mən bu yeniliyi dəstəkləyirəm və bu modeli işləyib hazırlayanları alqışlayıram. Hər bir layihə, yenilik uzağı 5 ilə nəticəsini göstərir. 5 ildən sonra görəcəyik, Gürcüstan təhsilində hansı irəliləyişlər baş verir. Bizim təhsil sistemində bir az yanlışlıqlar var. Ali məktəbə qəbulda həm buraxılış imtahanının, həm də ali məktəbə qəbul imtahanlarının nəticələri toplanır. Orta məktəb səviyyəsi, üstəgəl, ali məktəbə qəbul imtahanı göstəricisi. Bu, şagirdlərə ali məktəbə qəbulda çətinlik yaradır.
Tutalım, riyaziyyat fənnini «əla» bilən şagird qəbul imtahanında hansısa digər fəndən uğur qazana bilmədikdə, ümumi göstərici aşağı hesablanır, nəticədə riyaziyyatı «əla» bilən, bu sahəyə marağı olan şagird ali məktəbdən kənarda qalır. Bizdə vəziyyət elədir ki, şagird bir fəndən 2 dəfə imtahan verməli olur.
Bu da şagird üçün, abituriyent üçün əlavə yükdür, ağırlıqdır. Amma görürük ki, Gürcüstanda ayrı-ayrı fənlər üzrə yüksək mütəxəssis hazırlamağın yolunu tapıblar. Ana dili, hansı ki, onu bilmək sorğu-sualsız mütləqdir və bir də xarici dilə üstünlük verilir. Düşünürəm, xarici dilə ona görə üstünlük verirlər ki, özünə ixtisas seçmiş abituriyent seçdiyi ixtisasa uyğun fənni «əla» bilirsə və üstəlik də xarici dili yaxşı bilirsə, gələcəkdə ondan yüksək mütəxəssis hazırlamaq olar, məntiqi ilə hərəkət edirlər. Bu da tamamilə doğrudur.
Gürcüstanda ali məktəblərin qəbul baryerini özlərinin təyin edəcəyi də doğru addımdır. Deməli, hər bir ali məktəb yüksək ixtisaslı kadr hazırlığını üzərinə götürmüş olur. Abituriyentlər istəklərinə və bacarıqlarına uyğun yerləşdirilir. Hesab edirəm ki, Gürcüstan təhsil işçiləri gözəl təşəbbüs irəli sürüblər. Biz də gərək şagirdlərin, abituriyentlərin qarşısına sədd qoymayaq.
Məlahət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya