Elə etmək lazımdır sürücülər ziyan görməsin
18:35 03.11.2018
Arxiv
797
Yük maşınlarının şəhərə daxil olmasını önləmək müvəqqəti xarakter daşıyır
Bir neçə gündür ki, yük avtomobillərinin sürücülərinin cərimələnməsi məsələsi geniş müzakirələrə səbəb olub. Yayılan məlumatlara görə, yük daşıyan maşınların sürücüləri oktyabrın 26-dan etibarən Bakının mərkəzi ünvanlarına daxil olarkən radara düşürlər və nəticədə 40 manat cərimələnirlər. Çünki qaydalara görə, onların saat 8-dən 22-yə qədər şəhərə buraxılması qadağandır.
Cərimələnən sürücülər etiraz əlaməti olaraq Dərnəgül yolunda aksiya keçirib, yolu bağlamağa cəhd göstəriblər. Hadisə yerinə baş nazirin müavini Hacıbala Abutalıbov yollanıb.
Həvəskar çəkilişindən belə aydın olur ki, Abutalıbov problemin həlli üçün xeyli çalışır. Belə ki, o, sürücülərin qarşısında kiməsə zəng edərək aşağıdakıları bildirir: "Bu yük maşınları şəhərə girir. Abid Şərifov tərəfindən protokol var idi ki, saat 8-dən 22-yə kimi yük maşınları şəhərə girə bilməz. Müəyyən hissəsinə icazə verilib, müəyyən hissəsinə yox. Bu, ayrı-seçkilikdir. Bunlara bu ayın 26-na qədər heç bir protokol yazılmırdı. Oktyabrın 26-dan sonra başlayıblar protokol yazmağa. Bunu kim yazıb? İndi öyrən de də dəqiq. Xahiş edirəm, çünki camaatın içindəyəm”.
Bir qədər sonra Abutalıbov yenidən kiminləsə telefon əlaqəsi saxlayır. Hacıbala Abutalıbovun "qabağınızda ağ çörək yeyib, qara çörəyi yeyənləri düşünmürsüz” sözləri narazı sürücülərin alqışları ilə qarşılanır. Baş nazirin müavini cərimələrin dərhal dayandırılmasını tələb edib: "Mən sizə deyirəm! Dayandırın yığılan pulları! Mən deyirəm, dayandırın. Hamını yığıb, bir-bir danışacam. Ümumi qərar qəbul edək, ondan sonra. Elə olmasın ki, mən deyəndən sonra protokollardan başlayaq yığmağa. Nə qədər edir, mən verirəm. Amma daha camaatı narazı salmayın. Əvvəl camaata danışaq, deyək ki, budur. Bundan başqa bu olmayacaq”.
Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov "Şərq”ə bildirib ki, respublikada böyük tədbirlər olan zaman bəzi nəqliyyat vasitələrinin paytaxta daxil olması məhdudlaşdırılır:
"Bu, müvəqqəti xarakter daşıyır. Ümumiyyətlə, yol hərəkəti qaydalarında ya marşrutların, ya da fəsillərin dəyişməsi zamanı bəzi dəyişikliklər aparılır. Ona görə də çox sərt cəzalar və yaxud qaydalar müəyyən qədər sadələşdirilir. Bəzən müəyyən dəyişikliklərin edilməsindən sürücülər ziyan çəkir. Amma o demək deyil ki, sürücülərin mənafeyinə ziyan olduğu üçün dəyişikliklər ləğv edilməlidir. Bu günlərdə Almaniyada dizel mühərriklərinin istismarı qadağan edildi və nə qədər narazılıqlar oldu.
Düşünürlər ki, ola bilsin, bunun müəyyən qədər ölkəyə xeyri olacaq. Hər bir qanun və görülən hər bir iş müvəqqəti olaraq həmin hadisələrə uyğun şəkildə cəmiyyətin xeyrinə olan məsələdir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət