“Əli və Nino” filminin Avropada ilk təqdimatı olub
14:14 09.03.2017
Arxiv
634
Martın 8-də Avropa Parlamentində "Əli və Nino” filminin Avropada ilk təqdimatı olmuşdur. Qurban Səidin eyni adlı romanı əsasında çəkilmiş film azərbaycanlı gənc Əli ilə gürcü qızı Nino arasında məhəbbət hekayəsindən bəhs etməklə bərabər XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi hadisələri təsvir edir. Britaniyalı məşhur rejissor, Kann Film Festivalının qalibi, BAFTA mükafatı laureatı, Britaniya Kino Akademiyasının və Qremmi mükafatçısı Asif Kapadiyanın çəkdiyi filmdə baş rolları 86-cı Kino Akademiya festivalının qalibi Adəm Bəkri və Qoya mükafatı laureatı, ispaniyalı aktrisa Mariya Valverde ifa edirlər.
Filmin təqdimat mərasimində Avropa Parlamentinin üzvü xanım Norika Nikolayi, Azərbaycan Respublikasının Belçikadakı səfiri cənab Fuad İsgəndərov, Gürcüstan Respublikasının Belçikadakı səfiri xanım Natali Sabanadze və Avropa Azərbaycan Cəmiyyətinin Benilüks ofisinin rəhbəri cənab Mark Vervilgen çıxış etmişlər.
200 nəfərdən çox izləyicinin iştirak etdiyi təqdimat mərasimində Avropa Parlamentinin və Milli Məclisin üzvləri, Avropa vətəndaş cəmiyyətinin təmsilçiləri, Belçikada Azərbaycan diasporunun üzvləri, tanınmış ictimai-siyasi xadimlər iştirak etmişlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də təəccüblü hadisə: Edam cəzası icra olunmadı, məhbus ölmədi
13:25 01.10.2026
Hadisə
Corabla yatırsınızsa... Bu vərdişiniz haqqınızda nə deyir?
12:43 01.10.2026
Sağlamlıq
Uzun müddət oturmaq infarkt riskini artırır
11:51 01.10.2026
Sağlamlıq
Prezident İlham Əliyev Çin liderini təbrik edib
11:33 01.10.2026
Gündəm
SEPAH: İranda 6 terrorçu öldürülüb
11:28 01.10.2026
Gündəm
Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı
11:23 01.10.2026
Dünya
20 ildən sonra ARB-dən çıxarılır
11:19 01.10.2026
Media
İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı
11:17 01.10.2026
Dünya
Tiktok Azərbaycanda vergi uçotuna alındı
11:15 01.10.2026
Aktual
Oktyabrın 2-də işıq kəsiləcək - Bu ərazilərdə
11:14 01.10.2026
İnfrastruktur
Fərhad Məmmədov: AQEM beynəlxalq təşkilata çevrilə bilər
11:13 01.10.2026
Gündəm
NATO baş katibi Rusiyanın nüvə təhdidinə bir cümlə ilə cavab verdi
11:05 01.10.2026
Gündəm
Türkiyədə böhran: Ərdoğan hökumətdə dəyişikliyə gedir
10:38 01.10.2026
Gündəm
Polşa onu Azərbaycana təhvil verdi
10:35 01.10.2026
Cəmiyyət