Əlillərlə bağlı yenilik...

Birinci qrup əlillərə "evdə qulluq" edilə bilər



"Məşğulluq haqqında” qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Sherg.az-ın məlumatına görə, iclasda bildirilib ki, qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilatı əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. İclasda layihənin mükəmməl hazırlandığı, layihə ilə bağlı yalnız kiçik redaktə xarakterli düzəlişlərin edilməsinə ehtiyac olduğunu bildirilib.

Əmək və sosial siyasət komitəsinin bu gün keçriklən iclasında "Məşğulluq haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı komitə sədri Hadi Rəcəbli deyib ki, birinci qrup əlilllərlə bağlı yeni məqam ortaya çıxıb: "Yəni, əlillərlə bağlı yaxın günlərdə müzakirələrə çıxarılacaq”. Deputatın sözlərinə görə, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda belə bir məsələ nəzərdə tutula bilər ki, birinci qrup əlillərə "evdə qulluq" məsələsi reallaşdırılsın. Bəzən ailə üzvləri bildirirdilər ki, pul, müavinət verilsə, əlilimizə evdə özümüz qulluq edərik. Yəni, bunu əsasən işləyən ailə üzvləri deyirdilər. Odur ki, belə bir ideya ortadadır. Qanunda nəzərdə tutula bilər".
Müzakirələrdən sonra layihə II oxunuş Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Anar