Anası Könül Kərimli bildirir ki, qızı anadangəlmə iflic xəstəliyindən əziyyət çəkir:
“15 ilə yaxındır aylıq 200 manat pensiya alsa da, son üç ayda bilinməyən səbəbdən pensiyası kəsilib”.
Dövlət Tibbi Sosial Ekspertiza və Reabiltasiya Agentliyindən bildirilib ki, məsələ artıq onların nəzarətindədir. Agentliyin nümayəndələri tezliklə Kərimovlar ailəsinə baş çəkəcəklər.