Elmar Məmmədyarov İrana rəsmi səfərə yola düşüb




Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasına rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən "Sherg.az"a verilən məlumatına görə, səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.