Ən qədim xalq tapıldı: Dünya bu kəşfdən danışır - FOTOLAR

Bu kəşf İtalyanın şimalındakı zəngin mədəniyyət və Etrüsklerin (Etrüskler İtaliyada romalılardan əvvəl yaşamış bir qövmdür) Roma İmperatorluğu tərəfindən ilhaqı haqqında məlumat verir. 
Sherg.az  xəbər verir ki, miladdan əvvəl dördüncü əsrə aid olduğu müəyyən olunan məzar bir daşın içində ovulub. Eyni zamanda burada Roma dövrünə aid geniş bir qəbiristanlıq da var. Aleria bölgəsindəki bu məzarlıqda minlərlə insanın sümüyü olduğu təxmin edilir. Etrüsklerlər miladdan əvvəl 900-cü illəri ətrafında Toskana ətrafında yaşayırdılar. Mədəniyyətləri haqqında çox az yazılar var. Miladdan əvvəl Roma İmperatorluğu bu xalqın son məskunlaşma yerlərini ələ keçirib. Muzey rəhbəri Franck Leandri, "Bu tapıntı Etrüsklerin cənazə mərasimlərinini anlamamızı təmin edəcək itkin halqadır!" deyib.
Antropoloq Katerina Rigeada məzarın xüsusi bir adama aid olduğunu düşündüklərini ifadə edib. Katerina 15 dulusçuluq vazanın Etrüsk dövründən qalmış kimi göründüyünü vurğulayaraq belə qeyd edir: "Etrüsklerin əşyaları haqqında bəzi məlumatlar var, ancaq o dövrdəki insanlara aid çox az məlumatlar var. Ancaq bu kəşflə hər ikisi – həm bu qədim xalqın istifadə etdikləri əşyalar, həm də inlarının özü haqqında bilgi almaq olur. Məzarın yaxınlığında həm də möhür üzüyü tapılıb. Üzükdə gözəllik anrısı Afroditə aid ola biləcəyi ehtimal edilən bir sifət də görünür. Araşdırmaçılar indi də başqa skeletlərə ulaşmağa çalışır.
Turan