Əqli qüsurlu uşaq xüsusi əməliyyatla tapıldı - FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 12-ci tağımının ərazisində yerləşən posta müraciət edən Cəbrayıl rayon sakini Ədalət Nəbiyev oğlunun itdiyini bildirib.
Oxu.Az-ın məlumatına görə, valideyn bildirib ki, 15 yaşlı, əqli qüsurlu olan övladı Sərvər Nəbiyev yaşadıqları Cəbrayıl qəsəbəsindən çıxıb və naməlum istiqamətə gedib.
Sonradan ona deyiblər ki, oğlunu "Qazel” markalı maşına minərək Bakı istiqamətində gedərkən görüblər.
Məlumat əldə edən YPX əməkdaşları qrup yaradıb və xüsusi texniki vasitələrin köməyilə maşın aşkar edilərək postun ərazisində saxlanılıb. Saxlanılan maşında olan Sərvər Nəbiyev tapılaraq ailəsinə təhvil verilib.