Bu gecə saat 04:00 radələrində Yevlax rayonu Füzuli küçəsində rayon sakini keçmiş arvadından intiqam almaq qərarına gəlib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Elçin Bağırov münaqişə zəminində həmin küçədəki 1 saylı bazara məxsus mehmanxanın otaqlarından birində yaşayan keçmiş arvadı Aybəniz Quliyevanın otağını yandırıb. Nəticədə evin giriş qapısı yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yevlax rayon polis şöbəsi tərəfindən araşdırmalar aparılır.
Ər keçmiş arvadından belə intiqam aldı