Ərdoğan: "Ankarada yeni kanal tikiləcək"





Türkiyənin paytaxtı Ankarada yeni kanal tikiləcək.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Kanalın uzunluğu 9,2 kilometrə bərabər olacaq.

Qeyd olunur ki, Ankarada kanalın tikintisi 2014-cü ildə planlaşdırılırdı. O zaman tender keçirilsə də, nəticələr şəhər rəhbərliyi tərəfindən ləğv edilmişdi.

Ankara kanalının heç bir kommersiya məqsədi daşımayacağı və yalnız daşqınların və su axınlarının qarşısının alınması üçün tikiləcəyi deyilir.