Ərdoğan: Bu namərdlərə meydanı buraxacaq qədər alçalmadıq





Türkiyə prezidenti   Ərdoğan terrorda  yaralananları ziyarət etdikdən sonra qısa açıqlama verib. "İçimizi sızladan bir mənzərə  ilə qarşı-qarşıya qaldıq. Millətimizin başı sağ olsun. Amma bunu bilmələri lazım ki, bunlar cavabsız  qalmayacaq. Bunun hesabını soruşacağıq. Mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə şəfalar diləyirəm. Bizi bunlarla qorxudacaqlarını zənn edirlərsə, biz bu alçaqlara, bu namərdlərə meydanı buraxacaq qədər alçalmadıq. Biz bu yola kəfənimizlə çıxdıq. Daha ağır əvəzlər ödəyəcəklər. Bunu birdəfəlik bilmələri lazımdır."

Xəstəxananı tərk edən  Ərdoğana, çıxışda vətəndaşlar sevgi nümayişi göstərdi. İnsanlar  "Dik dayan, əyilmə, bu millət səninlə", "Edam istəyərik" şəklində şüarlar səsləndiriblər.