Ərdoğan: Qarabağ münaqişəsinin həlli gecikir

Bu, bir daha Minsk qrupunun passivliyini göstərir


ATƏT-in Minsk qrupu diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllinə cəmləməlidir. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
R.T.Ərdoğan bildirib ki, münaqişənin həllinin gecikməsi bir daha Minsk qrupunun passivliyini göstərir.

Dövlət başçısı qeyd edib ki, ATƏT-in Minsk qrupu bu problemin həlli üçün hələ də səmərəli addım atmayıb.