Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib
19:49 30.01.2019
Arxiv
524
Yanvarın 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, beş saat davam edən iclasın yekununa dair yayımlanan mətbuat üçün açıqlamada iclasda Türkiyənin təhlükəsizliyi ilə bağlı mühüm daxili və xarici proseslər, 2019-cu ildə ehtimal olunan risk və təhdidlərin qarşısının alınması yolları barədə ətraflı müzakirələrin aparıldığı vurğulanıb.
Açıqlamada bildirilib ki, iclasda Türkiyənin milli birliyinə və suverenliyinə təhdid təşkil edən FETÖ/PDY, PKK/PYD-YPG və İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı ölkə daxilində və xaricdə həyata keçirilən hərbi əməliyyatlar barədə ətraflı məlumat verilib. Həmçinin bu mübarizənin fasiləsiz davam etdiriləcəyi qəti şəkildə ifadə olunub. Türkiyənin məqsədinin Suriyanın ərazi bütövlüyünün qorunması ilə yanaşı, doğma yurdlarını tərk etmiş milyonlarla suriyalının geri qayıtmasının, bu ölkədə konstitusiya quruluşunun və sabitliyin təmin olunmasının vacibliyi bir daha diqqətə çatdırılıb.
Açıqlamada, həmçinin iclasda Kiprdə, Aralıq dənizinin şərqində, eləcə də Qara dəniz hövzəsində baş verən proseslərin yaxından izlənildiyi, Türkiyənin beynəlxalq müqavilələrdə əksini tapan hüquq və maraqlarının qorunması istiqamətində vacib tədbirlərin bundan sonra da qətiyyətlə davam etdiriləcəyi qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya