Ərdoğanın ziyarətində dama çıxıb intihar cəhd etdilər- FOTOLAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Kırşehirdə cümə namazı qıldı. Ərdoğanın namaz qıldığı məscidin yanındakı 7 mərtəbəli binanın damına çıxan 3 qadın və uşaqlarını polislər çətinliklə endirdi.
Ərdoğan, geniş təhlükəsizlik tədbirləri altında gəldiyi Kırşehirdə, proqramda olmamasına rəğmən Bələdiyyəni ziyarət etdikdən sonra, Cümə namazını Əhməd Yəsəvi Məscidində qılan zaman Fadime Kahraman, Arife Pamuk ve Nazlı Çalışkan adlı qadınlar, uşaqlarıyla məscidin yanındakı 7 mərtəbəli binanın  damına çıxıblar. Əri Mikayıl Ayaz Kahramanın həbsxanada olduğunu söyləyən Fadime Kahraman və yanındakı 2 qadın ilə uşaqlara polislər, "Səni prezidentlə görüşdürəcəyik" deyərək razı salıb, damdan çətinliklə endirdilər.