
“Ermənilər daha bərbad vəziyyətə düşəcəklər” – Açıqlama
12:44 22.02.2019
Arxiv
680
"İllərdir münaqişənin sülh yolu ilə həllinin vacibliyini və əhalinin sülhə hazırlanmasını ATƏT-in Minsk Qrupunun ayrı-ayrı həmsdərlərindən eşidirik”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Analitikin sözlərinə görə, Azərbaycanın istədiyi odur ki, Cənubi Qafqazda bütün xalqlar əmin-amanlıq və sülh şəraitində yaşasınlar, bir-biri ilə bütün sahələrdə əməkdaşlıq etsinlər, mehriban qonşuluq siyasətinə uyğun davransınlar. Lakin Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın və ATƏT-in Minsk Qrupunun bəyan etdiyi kimi münaqişənin həllinə və xalqların sülh prosesinə hazırlanması prosesinə maneçilik törədir:

"Ermənistan tərəfi, xüsusən baş nazir Paşinyan erməni xalqını sülhə hazırlamalıdır. Çünki Ermənistan dövlətinin mövcudluğu Azərbaycan torpaqları üzərində qurulub. Təcavüzkar Ermənistan ordusu Dağlıq Qarabağı, ətraf rayonları işğal edərək bugünə kimi işğalda saxlayır. Ona görə də ilk növbədə erməni xalqını sülhə hazırlamaq lazımdır.
Paşinyan nəzərə almalıdır ki, erməni əhalisi getdikcə daha bərbad vəziyyətə düşəcək. Faktiki olaraq Ermənistan müstəqilliyini itirmiş dövlətdir. Əgər Paşinyan bunun əksini iddia edirsə, o zaman müstəqil şəkildə qərar qəbul etməli, münaqişənin nizamlanması ilə bağlı obyektiv mövqe sərgiləyərək qoşunları işğal edilmiş ərazidən çıxarmalıdır”.
Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağda ermənilər və Azərbaycanlılar uzun müddət sülh şəraitində yaşayıblar. Bugün də Azərbaycanda ermənilər yaşamaqdadır:
"Rəsmi Bakı hər zaman Azərbaycanın tərkib hissəsi kimi Dağlıq Qarabağda ermənilərin yaşamasına şərait yaradacığını bəyan edib. Ermənilər əmin olsunlar ki, onların ən gözəl həyat şəraiti məhz Azərbaycan dövlətinin himayəsi altında mümkün olacaq. Münaqişənin sülh yolu ilə həll edilməməsi problemin müharibə ilə çözülməsi deməkdir. Bu da ən çox ermənilərə ziyan verəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə