Ermənilər “İsgəndər” yox, “Şahab” alsalar belə, istəklərinə çatmayacaqlar
20:47 26.12.2016
Arxiv
814
Zahid Oruc: “Biz istəyirik ki, Azərbaycanla yarışma düşməni müflisləşdirsin”
"Rusiya Azərbaycana "İsgəndər” raketləri satmayacaq”. Bunu Rusiya Dövlət Dumasının deputatı, general Viktor Vodolaski bildirib. General deyib ki, Rusiya Azərbaycana hücum xarakterli silahlar satmır: "Bu məsələ Rusiyanın hərbi sənaye kompleksi ilə bağlıdır. Biz "İsgəndər” raketini yalnız bir
ölkəyə satmışıq - o da Ermənistandır. Başqa heç bir ölkəyə satılmayacaq. Dünyanın çox ölkəsinə, həmçinin, Azərbaycana silah satırıq. Ancaq hücum xarakterli silahlar satmırıq”.
General Ermənistanın Rusiyanın icazəsi olmadan "İsgəndər” raketlərindən istifadə edə bilməyəcəyi haqda fikirlərə də münasibət bildirib:
"Raketlər Ermənistana satıldığından, bu, artıq həmin ölkənin mülkiyyətidir”. Rusiyalı generalın ifadələri ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib ki, Azərbaycan silahlanma siyasətində öz prinsiplərini həyata keçirir:
"Əvvəla vurğulamaq lazımdır ki, Azərbaycan atom silahları əldə etmək, ağır və təhlükəli hərbi texnikalarla arsenalını genişləndirmək fikrində deyil və heç vaxt da olmayıb. Qitələrarası ballistik raketlərə sahib olmaq bizim beynəlxalq maraqlarımıza uyğun gəlmir. Ermənistan "İsgəndər” deyil, lap İranın 2000 kilometr hədəfi vuran "Şahab” raketlərini alsa belə, yenə də öz məqsədinə nail ola bilməyəcək.
Çünki silah-sursat alıb yığmaqla, hərbi dillə danışmaqla iş bitmir axı. Məlum tərəf düşmənə istədiyi kimi davranmağa icazə verəcəkmi?! Ona görə də hesab edirəm ki, "ermənilər "İsgəndər” aldı, Azərbaycan da onun bənzərini almalıdır” yanaşması doğru deyil. Burada təhlükəli rəqabət elementləri var. Amma müəyyən mənada bizə sərf edir. Yəni ermənilər boğazlarından kəsib köhnə silah-sursat alırlar və təsadüfi atışmalarda sərf edirlər. Beləliklə, yaxın zamanlarda tükənmiş büdcələrini tamamilə boş görəcəklər. Elə biz də istəyirik ki, Azərbaycanla yarışma düşməni müflisləşdirsin”.
Deputat bildirib ki, Azərbaycan Rusiya ilə çox yaxşı əməkdaşlığa sahibdir. Bu əlaqələr ermənilərin maraqlarına ciddi zərbə vurur:
"Düşməni aprel savaşından sonra ən çox hiddətləndirən o məqam idi ki, ölən erməni əsgərləri rus silahları ilə öldürülüblər. Sanki düşmən əsgərləri Amerika mərmiləri ilə ölsəydilər, İrəvan daha rahat davranacaqdı. Məlumdur ki, "dördgünlük” müharibədən sonra erməni cəmiyyətində çox güclü anti-Rusiya, anti-Putin şüarları səslənməyə başladı. Bu proses indi də davam etməkdədir. Rusiyadan "İsgəndər” raketləri alan Ermənistan özünü daha çox girov vəziyyətinə salıb. Söhbət lokal Qarabağ müharibəsindən gedirsə, orada hansı silahların işlədilə biləcəyi tərəflərə, elə Rusiyanın özünə də bəllidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya