“Ermənilər iyun görüşünün baş tutmaması üçün əlindən gələni edirlər”
20:17 26.05.2016
Arxiv
482
“Bu, çox acınacaqlı fəsadlara gətirib çıxara bilər”
"Prezidentlərin iyun görüşü istənilən nəticəni verməzsə, Azərbaycan öz qəti qərarını verəcək”. Bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların yeni mərhələsinin başlandığını deyən vitse-spiker beynəlxalq vasitəçiləri məsələyə ciddi yanaşmağa çağırıb:
"Narahatlıq ifadə etmək kifayət deyil, artıq məsələnin həlli ilə bağlı ciddi çağırışlar olmalıdır. Əgər məsələ ilə bağlı vasitəçilər ciddi mövqeyə malik olsalar, o zaman biz bu danışıqların perspektivinə inana bilərik. Yox əgər görsək ki, növbəti dəfə söhbət baş aldatmaqdan, məsələni növbəti on illər boyu uzatmaqdan gedirsə, əlbəttə, Azərbaycan öz qəti sözünü söyləyəcək”.
Vitse-spiker deyib ki, Azərbaycan yalnız atəşkəs rejiminə və insidentlərin araşdırılması mexanizminin müəyyənləşməsinə razılıq verib: "Hansısa öhdəlik və ya sənəd imzalamayıb. Azərbaycanın qətiyyətli mövqeyi hamıya bəllidir. Bu reallıq dəyərləndirilməyəcəksə, qarşısı alınmayan proseslər baş verə bilər”.
Məsələni şərh edən politoloq Arzu Nağıyev deyib ki, təxribatçı Ermənistan hökuməti iyun görüşünün baş tutmaması üçün əlindən gələni edir: "Ermənistan müdafiə naziri Seyran Ohanyanın Dağlıq Qarabağ ərazisinə səfəri, orada qoşunların təmas xəttində və Azərbaycanın dinc sakinlərinin yaşadığı ərazilərə yaxın məsafələrdə hərbi təlimlərin keçirilməsi, Serj Sarkisyan tərəfindən baş qərargah rəisi müavininin və digər hərbçilərin işdən azad edilməsi düşmən ölkənin sülhə meyilli olmadığını, pozuculuq fəaliyyətində olduğunu göstərir. Bu, çox acınacaqlı fəsadlara gətirib çıxara bilər. Ermənilər beynəlxalq ictimaiyyətə söz verdilər ki, guya, iyun ayı ərəfəsində atəşkəs pozulmayacaq, ancaq verdikləri sözü tutmadılar. Ermənistan rəhbərliyi çalışır ki, "status-kvo” saxlanılsın və danışıqlar prosesi pozulsun. Əgər proseslər belə getsə, iyun ayında danışıqlar uğursuz alına bilər”. A.Nağıyev vurğulayıb ki, Türkiyədə keçirilən Dünya Humanitar Sammitində Prezident İlham Əliyev Ermənistanın son vaxtlar verdiyi məsuliyyətsiz bəyanatları diqqətə çatdırdı və onları bir daha sülhə dəvət etdi: "Düşünürəm ki, ermənilər bundan bir nəticə çıxarmasa, beynəlxalq ictimaiyyətin maraqlarını nəzərə almasa, regionda ikinci müharibənin başlamasına zəmin yaranar”. Politoloq bildirib ki, Azərbaycanın müharibədən heç bir çəkinəcəyi yoxdur. Sadəcə, münaqişənin dinc yolla həll edilməsi üçün Ermənistana şans verir: "Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ermənistanla qarşı-qarşıya dayansa, öz torpaqlarını tez bir zamanda qaytara bilər. İstər siyasi, istər iqtisadi, istərsə də hərbi cəhətdən Ermənistan Azərbaycanla müqayisə edilə bilməz. Çünki Ermənistanın müharibə aparmaq üçün heç bir potensialı yoxdur. Müharibənin hər günü çox böyük vəsaitə başa gəlir. Bu gün Ermənistanın elə bir gücü yoxdur ki, əsgərlərini ərzaqla, silahla və digər vasitələrlə təmin etsin. Müharibə Ermənistanın bir dövlət kimi məhvinə səbəb ola bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə