"Ermənilərin istənilən əməli məqbul sayılır" - İkili standartlar





"Ermənilərin sanki dünyada yəhudilərin "müqəddəs dana”larıdır. Yəni onlara heçnə demək olmaz, nə istəsələr edə bilərlər”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Araz Əlizadə deyib.

Deputat bildirib ki, ermənilərin istənilən əməli dünya üçün məqbul sayılır:

"ABŞ-da, Fransada, Almaniyada və bir çox Qərb ölkəsində ermənilərin sayı həddindən artıq çoxdur. Ermənilər həmin ölkədə həlledici "seçici” funksiyasını yerinə yetirirlər. Hansı siyasətçi istəyər ki, onun seçici bazası sıradan çıxsın və öz seçicisini itirsin?

Əlbəttə, heç kim istəməz. Bilirsiz, "demokratiya və insan haqqları” Qərb güclərinin əlində sadəcə müəyyən dövlətlərə qarşı istifadə etdikləri bir dəyənəkdir. Vaxtaşırı onlara qul və kölə olmaq istəməyən müstəqil ölkələrə qarşı bu dəyənəkdən istifadə edirlər”.

Qeyd edək ki, yanvarın 26-da İrəvanın "Nubaraşen” təcridxanasında saxlanılan jurnalist Mqer Yeqiazaryan ölüb. O Ermənistanın "Haynews.am” sartının rəhbəri və "Erməni qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini idi. Qeyd edək ki, Yeqiazaryan siyasi fəaliyyətinəgörə, hakimiyyətin hədəfində olub və qondarma ittihamlarla həbs edilib. Yeqiazaryan ötən il dekabrın 5-də qanunsuz həbsinə görə aclıq aksiyasına başlamışdı.

Paşinyan hökuməti isə jurnalist-siyasətçinin aclıq aksiyasına məhəl qoymadı. Hətta jurnalist Ermənistan qanunlarının imkan verdiyi "pul girovu müqabilində azadlığa çıxmaq” istəyini bildirsə də, onun bu istəyinə məhəl qoyulmadı. Paşinyan hökümətini tənqid etdiyinə görə həbs edilən Yeqiazaryan aclığı davam etdirdi, səhhəti günü-gündən pisləşdi. Nəhayət 52 gündən sonra o həbsxanada vəfat etdi. Belə deyək ki, "demokrat” Paşinyan söz azadlığını vecinə almadığını nümayiş etdirərək, jurnalisti həbsxanada öldürdü.

İsmayıl