
Ermənistan ordusu: əsgərlər paltar, ərzaq və silah tapmır, psixoloji sarsıntı keçirir, intihar edir, güllələnir, analar etiraz edir - XAOS
09:15 13.12.2018
Arxiv
737
"Ermənistan ordusu olduqca acınacaqlı durumdadır. Əsgərlər ciddi psixoloji gərginlik içərisindədirlər".
Bu bardə "Sherg.az"a ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib. O qeyd edib ki, hazırda ciddi sosial, siyasi və iqtisadi böhranın məngənəsində sıxılan Ermənistanda kütləvi iğtişaşların ardı-arası kəsilmir:
"Ermənistan cəmiyyətini, ailələrini, analarını narahat edən məsələ övladlarının məcburi surətdə Dağlıq Qarabağa göndərilməsidir. Onlar övladlarının Qarabağa göndərilməsini istəmirlər. Ermənistan cəmiyyəti ölkə rəhbərliyindən tələb edir ki, bizim gənclər Qarabağda yox, Ermənistanda xidmət etsinlər, öz torpaqlarını qorusunlar. Qonşu dövlətin işğal olunmuş ərazisində xidmət etməsinlər.
Ermənistan ordusundakı qanunsuzluqlar, özbaşınalıqlar hərbçilər arasında itkilərə səbəb olur. Bu itkilər əksər hallarda təmas xəttində deyil, qeyri-döyüş şəraitində baş verir. Nizamnamədən kənar münasibətlər səbəbindən düşmən ordusunda ölüm halları, intiharlar daim artır. Bunlar hamısı onu göstərir ki, Azərbaycan Ordusu mənəvi-psixoloji cəhətdən də düşməndən qat-qat güclüdür. Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin mənəvi-psixoloji durumu çox güclü və yüksəkdir”.

Ermənistanın heç vaxt müstəqil olmadığını diqqətə çatdıran polkovnik bəyan edib ki, bu ölkə rəhbərləri ancaq sifariş yerinə yetirirlər və ona görə də acınacaqlı vəziyyətdədirlər:
Bu gün Ermənistan silahlı qüvvələrini Azərbaycan Ordusu ilə müqayisə etməyin özü savadsızlıqdır. Azərbaycan Silahlı Qüvvələri bu gün dünyada ən güclü 50 ordu sırasındadır. Bu, ən nüfuzlu statistik qurumların verdiyi qiymətdir və Ermənistanın "İsgəndər” raketlərini əldə etməsindən sonra açıqlanıb. Ermənistan isə bu göstərici üzrə sonuncu yerlərdədir. Silahlı Qüvvələrin gücü və qüdrəti "İsgəndər”lərlə ölçülmür. Digər tərəfdən, "İsgəndər”lərin Ermənistana məxsus olub-olmaması da sual altındadır. Biz onları ancaq paradda gördük və heç bir təlimdə bu raketləri görə bilmədik”.
Ş.Ramaldanov onu da əlavə edib ki, Azərbaycanın Belarusdan aldığı "Polonez” sistemləri "İsgəndər” raketlərindən nəinki geri qalmır, hətta bəzi parametrlərdə onları böyük fərqlə üstələyir:
"Ona görə mövcud pariteti bu formada qiymətləndirməyin özü də savadsızlıqdır. "Polonez”lər yeni tipli silahdır. Raket paritetini nəzərə alsaq və Azərbaycanın bu tipli silahlarını Ermənistandakılarla müqayisə etsək, deyə bilərik ki, ölkəmiz düşməndən ən azı 8-9 dəfə üstündür.
"Biz "İsgəndər”lərə qarşı ən müasir hava hücumundan müdafiə sistemləri almışıq. Bu sistemlər artıq Azərbaycandadır. Əgər Ermənistanın "İsgəndər”ləri varsa, Azərbaycanın da "Polonez”ləri və hava hücumundan müasir müdafiə sistemləri var. Bu, düşmənin Azərbaycanın hava məkanına zərbə endirmək imkanlarını sıfıra endirir. Azərbaycanın iqtisadi potensialı, hərbi büdcəsi bu gün ən müasir silahları ala bilməyimizə imkan verir.
Əgər bu gün Ermənistanın birinci şəxsi əsgərlərinin alt paltarlarının olmamasından narahatdırsa, bu, düşmən ordusunun acınacaqlı durumda olduğunu göstərir. Belə vəziyyətdə olan bir ordu nə bu gün, nə də gələcəkdə öz arsenalını Azərbaycan kimi yeni və müasir silahlarla təchiz edə bilər”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm