Ermənistana keçən qadın qaytarıldı və ruhi xəstəxanaya yerləşdirildi

Qətibə Ələkbərova Qazax və İcevan şəhəri arasındakı yolda Azərbaycana təhvil verilib




Ermənistanın Azərbaycana təhvil verdiyi qadın ruhi xəstəxanaya təhvil verilib. Bu barədə məlumat ANS PRESS-ə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilib.

Gədəbəy rayonu, Arabaçı kənd sakini 1977-ci il təvəllüdlü, Ələkbərova Qətibə İbrahim qızı sağlamlıq durumu nəzərə alınaraq azad edildikdən sonra dispanser qeydiyyatında olduğu Qazax rayonlararası ruhi xəstəxanasına yerləşdirilib.