Ermənistanda vətəndaş qarşıdurması... Qərb, yoxsa Rusiya ?
14:46 25.12.2018
Arxiv
326
"Ermənistandakı proseslər heç də müsbət nəticə verməyəcək".
Bunu "Sherg.az”a Ermənistandakı son vəziyyəti dəyərləndirərkən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə Ermənistan üçün yaxşı perspektiv gözlənilmir:
"Separatçı ölkənin siyasi və iqtisadi durumu bərbaddır. Ermənistan xalqının düşdükləri və düşəcəkləri vəziyyətdən necə çıxacağını demək çox çətindir. Amma Nikol Paşinyan qərbin dəstəyi ilə hakimiyyətə gəlib və onların sifarişlərini yerinə yetirməlidir.
Qərbin də istəyi Ermənistanda Rusiyanın təsirini azaldıb, öz imkanlarını genişləndirməklə bağlıdır. Hətta bu istiqamətdə konkret işlər gedir. Ermənistanda Rusiyanın silah monopoliyası var. İndiyə qədər işğalçı ölkəyə şimal qonşumuz silah satıb, yerləşdirib.
Hazırda ABŞ bu istiqamətdə Rusiyanın monopoliyasını aradan qaldırmağa çalışır. Həmçinin ABŞ siyasi cəhətdən Ermənistanı tam nəzarətinə götürmək istəyir. Bu da rusiyapərəst və qərbpərəst qüvvələr arasında qarşıdurmaya səbəb olur. Eyni zamanda əvvəllər Rusiyanın Ermənistanı dəstəkləməyinə baxmayaraq ermənilərdə şimal qonşumuza qarşı mənfi münasibət var.
Məhz N.Paşinyan və Bako Saakyan arasında qarşıdurma bundan qaynaqlanır. N.Paşinyan çalışır ki, qondarma rejimin rəhbərliyinə öz xəttindən olan adamları gətirsin. Bütün bunlar qeyri-sabit ölkədə gərginliyi daha da artırır.
Həmçinin N.Paşinyan hakimiyyətə böyük vədlər verərək gəlib. Hazırda onları gerçəkləşdirməyə imkan yoxdur. Ermənistanın sosial, iqtisadi vəziyyətini düzəltmək mümkünsüzdür. Bu fonda da separatçı ölkədə müəyyən gərginliklər yaşanır. Rusiyanın Ermənistandakı mövqeyini itirmək istəməməsi və işğalçı ölkənin qərbyönümlü siyasəti orada vətəndaş qarşıdurmasına səbəb ola bilər. Ümumiyyətlə, yaxın gələcəkdə Ermənistanın vəziyyəti yaxşı olmayacaq”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ən yüksək maaşı məhz həkimlər almalıdır - Həkim-pediatr
16:30 02.09.2026
Sağlamlıq
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə